Accessibility links

Jurnalist Fərşad Qurbanpur bir neçə gün əvvəl tutulsa da, xəbər bu gün yayılıb.

İranda islahatçı jurnalist Fərşad Qurbanpur həbs edilib. Jurnalist bir neçə gün əvvəl həbs edilsə də, xəbər yenicə yayılıb.

“Media forum” saytının məlumatına görə, ETTELAAT əməkdaşları Fərşad Quranpuru dekabrın 1-də qaldığı evində tutub aparıblar. Sonradan o, evinə zəng vuraraq Tehranın Evin zindanının 350-ci korpusunda saxlandığını bildirib.

Bir neçə islahatçı qəzetlə əməkdaşlıq edən jurnalist ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda və xaricdəki bəzi müxalif saytlarla əməkdaşlıq etməkdə günahlandırılır.

XS
SM
MD
LG