Accessibility links

İranla Azərbaycan arasında münasibətlər gərginləşir

  • Insafəli Hidayət

İranla Azərbaycan arasında münasibətlər gərginləşir

İranla Azərbaycan arasında münasibətlər gərginləşir

İRNA, Mehr və Fars daxil olmaqla İranın bəzi xəbər agentliklərinin məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin “Mənfəəti Müştərəklər və Qafqaz” idarəsinin müdiri Mürtəza Səffari Azərbaycan Respablikasının İrandakı səfiri Cavanşir Axundovu nazirliyə dəvət edərək ona İran dövlətinin 3 ittihamını və etirazını çatdırıb.

Məlumatlarda deyilir ki, İranın Xarici İşlər Nazirliyi İranın atom mütəxəssislərinə qarşı terror hücumlarını həyata keçirənlərin bir hissəsinin İrana Azərbaycan topraqlarından gəlib-getdiyini, terrorçuların Azərbaycanın imkanlarından faydalanmasilə və habelə Azərbaycanın İsrailin kəşfiyyat agentliyi Mossad ilə əməkdaşlıqda günahlandırıb və buna etiraz edib.

Azərbaycan Xarici İşlər Nazirliyi İranın notasını çox sərt qarşılayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsi radiosuna bildirib ki, İran tərəfinin Azərbaycana təqdim etdiyi absurd xarakterli nota yalan, iftira və böhtandır. “Bu Azərbaycanın İran tərəfinə bir neçə gün öncə təqdim etdiyi notaya reaksiyadır” - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanla İran arasında əlaqələr gündən günə gərginləşir. Bu yaxınlarda Azərbaycanda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması ilə bağlı təklifini yenidən gündəmə gətirdikdən sonra bəzi milləy vəkilləri də bu təklifə dəstəyini ifadə etmişdi. Onlar arasında Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da var idi.

Ekspertlər hesab edir ki, bu, İranla gərginləşən əlaqələr fonunda atılan növbəti qıcıqlandırıcı addımdır. Məsələni müzakirə etmək üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi Sərbəst Kürsü canlı forumuna dəvət etmişik. Forum fevral ayının 22-si Bakı vaxtı ilə axşam saat 9:00-11:00-də olacaq.

XS
SM
MD
LG