Accessibility links

Ərəb Liqasının xarici işlər nazirləri Qahirədə görüş keçirib

  • Amerikanın səsi

Ərəb Liqasının xarici işlər nazirləri Qahirədə görüş keçirib

Ərəb Liqasının xarici işlər nazirləri Qahirədə görüş keçirib

Ərəb Liqasının xarici işlər nazirləri Qahirədə görüş keçirib, qurumun Suriyadakı nümayəndə heyətinin monitorinq səylərinin gücləndirilməsi barədə razılıq əldə edib. Toplantıya Qətərin xarici işlər naziri Şeyx Həməd Cəssim Əl-Tani başçılıq edib. Misir paytaxtında toplaşan nazirlər komandanın texniklər və təlimçilərlə təmin edilməsində razılaşıb .

Suriyanın müxalifət fəalları isə müşahidəşçiləri tənqid edərək, onların prezident Bəşar Əl-Əsədin xalqa divan tutmasına mane olmadığını deyir.

Tənqidçilərin bəzisi missiyası dekabrın 26-dan başlayan heyətin Liqa tərəfindən geri çağırılmasını tələb edir.

Ərəb Liqasının rəsmiləri monitorinq qrupunun geri çəkilməsi məsələsinin gündəlikdə olmadığını bildirib.

Nazirlərin yığıncaq keçirdiyi mehmanxana qarşısında toplaşanlar Əsədin 11 illik hakimiyyətinə son qoyulmasına çağırıb.

XS
SM
MD
LG