Accessibility links

Rəsul Cəfərov: Vəziyyətin yaxşılacağına tam əminəm


Rəsul Cəfərov (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Rəsul Cəfərov (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Noyabrın 2-də tanınmış hüquq müdafiəçisi, İnsan hüquqları klubunun rəhbərı, “Demokratiya naminə incəsənət” kampaniyasının koordinatoru Rəsul Cəfərovun həbsinin 3 ayı tamam olur. О vəkili vasitəsilə şifahi şəkildə Turan agentliyinin suallarını cavablandırıb.

- Həbsinizdən 3 ay kecir. İstintaqın gedişini nece qiymətləndirirsiz, irəli sürülən ittiham sizə aydındırmı? Ümumiyyətlə sizə qarşı irəli sürülən maddələr hüquqi cəhətdən nə dərəcədə əsaslıdır?

İrəli sürülmüş ittihamların əsassızlığı ilə bağlı ciddi və güclü sübutlar var.

- İttihamları qəbul etmirəm, bu barədə oktyabrın 16-da baş prokuror Zakir Qaralova göndərdiyim müraciətdə də qeyd etmişəm. Digər narahatçılıq istintaqın gedişatının uzanmasıdır. Bu cinayət işi aprelin 22-dən, yəni 6 aydan çoxdur ki davam edir, mən 3 aydır həbs olunmuşam, mənə dəqiq bəlli deyil ki, mənim fəaliyyətimin araşdırılması niyə bu qədər uzanır, hesab edirəm ki, istintaqın indiyə qədər etdiyini və etməyi planlaşdırdığını 3 ay ərzində görmək mümkün idi. İrəli sürülmüş ittihamların əsassızlığı ilə bağlı ciddi və güclü sübutlar var. İlkin olaraq onu deyim ki, mənim işim üzrə istintaqın külli miqdarda gəlir kimi göstərilən məbləğ gəlir olmayıb, bu qrantlar, birdəfəlik maddi yardımlar və səfər xərcləri olub ki, onlar da vergidən azaddır. Mən cəlb olunduğum layihələrdəki xidmətlərimə görə isə bütün vergi və sosial ödənişləri etmişəm.

- Sizcə həbsinizin əsl səbəbləri konkret hansı işlərinizlə bağlıdır?

Eyni zamanda bizim kampaniyalar və təşəbbüslər də hakimiyyət tərəfindən təhlükə kimi qiymətləndirilirdi, ona görə də həbs edildim.

- Həbsimin əsl səbəbi siyasi motivlidir, bu artıq məncə hamıya aydındır, mənim və təşkilatımızın fəaliyyəti həmişə tənqidi olub, ona görə yox ki, biz ancaq tənqidlə məşğul idik, ona görə ki, vəziyyət pisləşirdi. Eyni zamanda bizim kampaniyalar və təşəbbüslər də hakimiyyət tərəfindən təhlükə kimi qiymətləndirilirdi, ona görə də həbs edildim.

- Saxlama səraitindən şikayəriniz varmı?

- Saxlanma şəraitimdən və mənə olan münasibətdən heç bir şikayətim yoxdur.

- Hüquqlarızın qorunması ücün hansı addımlar planlaşdırılır, Avropa məhkəməsinə müraciət edəcəksinizmi?

Avropa Məhkəməsinə artıq müraciət etmişik.

- Avropa Məhkəməsinə artıq müraciət etmişik, o cümlədən yerli hüquqi vasitələrdən istifadə etməyə davam edirik, məsələn növbəti həftələrdə yenidən ev dustaqlığına buraxılmağımla bağlı məhkəməyə müraciət edəcəyik. Beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Azərbaycanın üzv olduğu hökumətlərarası təşkilatların fəaliyyətini davam etdirirlər, bununla bağlı tam razıyam.

- Bu yaxınlardan QHT və hakimiyyət təmsilcilərindən ibarət isci qrupunun bərpasını necə qiymətləndirirsiz? Sizcə bu formatda siyasi məhbus problemini həll etmək mümkün olacaqmı?

... bu olmayana qədər hər hansı bir qiymətləndirmə aparmaq tez olar.

- İşçi Qrupunun fəaliyyətinin bərpasını o zaman qiymətləndirmək mümkün olacaq ki, bu qrup siyasi məhbusların azadlığa çıxmasına nail olsun, bu olmayana qədər hər hansı bir qiymətləndirmə aparmaq tez olar.

- Beynəlxalq birliyin siyasi məhbus probleminin həlli və QHT sektorunun hüquqlarının qorunması istiqamətində səyləri yetərlidirmi?

Səylər məncə həmişə artırıla bilər.

- Səylər məncə həmişə artırıla bilər və daha çox iş görmək də həmişə mümkündür. Vəziyyətin yaxşılaşması özümüzdən asılıdır, beynəlxalq ictimaiyyət də buna dəstək verməlidir, məncə Azərbaycanda son 10 ildə bu proses gedir, vəziyyətin yaxşılacağına tam əminəm.

“Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyasının koordinatoru Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. O, ittihamları qəbul etmir.

“Amnesty İnternational” Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG