Accessibility links

İsa Qəmbər: "Azərbaycanın demokratiya yolunda fədakarlığa hazır olan gənclik ordusu var"


Aprel ayının 11-i Amerikanın Səsinin Sərbəst Kürsü rubrikasının qonağı Müsavat başqanı İsa Qəmbər olub. Cənab Qəmbər Amerikanın səsinin oxucularının İctimai Palatanın mitinqləri və digər məsələlər barədə suallarını cavablandırıb. Canlı keçirilmiş foruma marağın yüksək olduğunu nəzərə alaraq müsahibənin tam formatını saytımıza yerləşdiririk:


21:00 / 11 aprel 2012

Sərbəst Kürsüdə sizi xoş gördük. Bugünkü Sərbəst Kürsünün moderatoru mən Emil Quliyevəm. Söz verdiyimiz kimi qonağımız Müsavat başqanı İsa Qəmbərdir.

Emil Quliyev: Axşamınız xeyir İsa bəy, Amerikanın Səsinin Sərbəst Kürsüsünə xoş gəlmisiniz.
_____
21:02
İsa Qəmbər: Emil bəy, salam. Təşəkkür edirəm.

_____
21:03
Emil Quliyev: Suallara keçməmişdən əvvəl forumun qaydaları barədə qısaca məlumat vermək istəyirəm. Sualları yalnız internet istifadəçiləri sizə ünvanlayır. Mən sadəcə moderatorluq edirəm. 2 saatlıq vaxt çərçivəsində tərkibində təhqir, söyüş olmayan mümkün qədər bütün sualları sizə ünvanlamalıyam. İstədiyiniz suala cavab verib-verməyək hüququna maliksiniz. Bundan başqa təkrar olduğunu düşündüyünüz sualları da cavabsız qoya bilərsiniz.

_____
21:03
İsa Qəmbər:
Aydındır. Şərtlərinizi qəbul edirəm

_____
21:04
E.Q.:
İndi isə sualların çox olduğunu nəzərə alıb birbaşa suallara keçmək istəyirəm. İlk sual Anar imzalı oxucudan gəlib. Anar bəyin sualı belədir:
İsa bey biz sizinleyik. Sualim odur ki, cemiyyetde herden suallar verirler ki, 92-93-de gelmishdiniz de ne etdiniz? Siz ne demek isteyerdiniz bele dushunenlere?

_____
21:13
Cavab: Anar bəy, təşəkkür edirəm.
Biz çox ağır dövrdə hakimiyyətə gəldik. Yeni müstəqil dövlət qururduq, müharibə şəraitində idik, Şuşa və Laçının işğal edilməsi əhalidə böyük şok və ruh düşkünlüyü yaratmışdı, iqtisadi əlaqələrin kəsilməsi, xaricdən təzyiqlər, daxildən xəyanətlər və s. şərtlər.
Əlbəttə, təcrübəmiz də az idi. Əslində kimdə müstəqil dövlət qurmaq təcrübəsi olur ki? Belə missiya və şans, məsuliyyət və şərəf hər nəslə qismət olmur.
Bütün bu reallıqlar şəraitində Ə.Elçibəyin rəhbərliyi altında mümkün olan-olmayan bir çox uğurlara imza atdıq:
Uğurlu hərbi əməliyyatlara başladıq və işğal altında olan torpaqlarımızın 2/3-ni azad etdik.
Test inqilabını reallaşdırdıq və ali məktəblərə qəbulda rüşvətin, korrupsiyanın kökünü kəsdik. Ümumiyyətlə korrupsiyaya qarşı sərt mübarizə apardıq və xüsusən yuxarı səviyyədə rüşvəti aradan qaldırdıq.
Rusiya ordusunu ölkəmizdən çıxardıq, bilirsiniz ki, bunu Qərbin tam dəstək verdiyi Baltik ölkələrindən də, Şərqi Avropa ölkələrindən də əvvəl etdik.
İqtisadi islahatlar həyata keçirdik və insanlara azad iqtisadi fəaliyyət və rəqabət imkanları yaratdıq.
Siyasi islahatlar reallaşdırdıq, mətbuat azadlığı, vicdan azadlığı, partiyalar haqqında və digər qanunlarla vətəndaşlarımıza siyasi azadlıqlar verdik.
Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmasını, dünya arenasında hörmətlə qəbul olunmasını təmin etdik.
Sonrakı dövrdə reallaşdırılan bir çox istiqamətlərin, təşəbbüslərin əsasını qoyduq, məsələn, Bakı-Ceyhan neft boru kəmərinin.
Sadaladığım və sadalamadığım bir çox başqa addımlar barədə zaman olanda geniş danışmaq olar.

_____
21:13
Sual (Hikmət): Salam Isa bey. 8 Aprel Mitinqinde Ali Karimli ile ciyine-ciyine dayanmishdiniz. Amma AXCP bolunende faktiki olaraq nufuzca ondan ashagida olan MirMahmud Fettayevi desteklediniz. Indi o vaxt verdiyiniz qerarin ne qeder duzgun oldugunu dushunursunuz? Tesekkurler.

_____
21:20
Cavab: Hikmət bəy, salam,
Əvvəla, onu deyim ki, 2000-ci ildə cəbhənin parçalanmaması üçün, 2004-cü ildə isə AXCP ilə klassik cəbhəçilərin birləşməsi üçün əlimdən gələni etdim. Təəssüf ki, mümkün olmadı.
İkincisi, Müsavat partiyasının 2000-ci ildə qəbul etdiyi qərarın düzgün olduğuna əminəm. Ona da inanıram ki, həmin qərarın səbəb və arqumentlərini burda söyləsəm obyektiv müşahidəçilərin əksəriyyəti mənimlə razılaşar.
Amma, bu gün bu mövzunun genişlənməsini demokratik qüvvələrin birliyi açısından faydalı hesab etmirəm. Hesab edirəm ki, keçmişi unutmamaq şərti ilə birliyimizi qorumalı və gələcəyə baxmalıyıq.

_____
21:21
Sual (Shah İsmayıl): Hormetli Isa beyi salamlayiriq. Isa bey,menim fikrimce bu rejimin apardigi siyasetin “boyuk”luyu,mutleq selahiyyete sahib oldugu bir zamanda,Azerbaycanimizda bash alib geden sayi bilinmeyen problemleri muxalifetle 50-50-ye bolmesindedir. Bu bolumun sebebi muxalifetin boyukluyundedir,yoxsa onun zeyifliyinde ? Evvelceden teshekkurler.

_____
21:32
Cavab: Şah İsmayıl, salam,
Sualınız o qədər də aydın olmadı.
Qısaca onu deyim ki, Azərbaycan demokratik müxalifəti postsovet məkanında ən güclülərdən biri, bəlkə də birincisidir. Və bugün Azərbaycan müxalifətinin, demokratik ictimaiyyətin toparlanma mərkəzi İctimai Palatadır.
Siyasi qüvvələrin gücü seçkilərdə bilinir. Azərbaycanda son 19 ildə azad və ədalətli seçki olmayıb, amma, müşahidəçilərin rəyinə görə 2000, 2005-ci il parlament seçkilərində və 2003-cü il prezident seçkilərində biz qalib gəlmişdik. Əgər normal seçki olsa yenə də qalib gələcəyimizə əminik.
Bugün müxalifət zəif görünə bilər, çünki Əliyev rejiminin yaratdığı qorxu mühitində, azadlıqların boğulduğu, seçkilərin saxtalaşdırdığı və dünyanın bütün bunlara göz yumduğu bir şəraitdə cəmiyyət dinc dəyişikliyə inanmır. Amma, şərait azaçıq dəyişən kimi cəmiyyət demokratik müxalifətlə birlikdə olacaq və o zaman Azərbaycan müxalifətinin əsl gücünü hamı görəcək. Çünki müxalifətin gücü xalqdadır.

_____
21:33
Sual (Rauf): Salam Isa bäy. bilmäk istärdim ki häqiqätändä Räsul Quliyevin täräfdarlarinin 8 Aprel mitinqindä chixishlarina etiraziniz olub mu? Vä gäläcäk mitinqlärdä Müqavimät Häräkati ilä ish birliyinä necä baxirsiniz? täshäkkürlär.

_____
21:41
Cavab: Rauf bəy, salam.
Biz Azərbaycanda köklü demokratik dəyişikliklər istəyən bütün qüvvələrlə əməkdaşlıqda maraqlıyıq.
Təəssüf ki, bəzi qüvvələr var ki, özlərinin hamıdan güclü və ağıllı olduqlarını iddia edirlər, 100 minlik mitinq keçirəcəklərini anons edirlər, bizim 8 aprel mitinqindən əvvəl də, sonra da İctimai Palatanı, burda təmsil edilən partiyaları, təşkilatları, şəxsləri təhqir edirlər, yalan və hədyanlar söyləyirlər. Amma, bizim mitinqdən 2 gün əvvəl gəlib deyirlər ki, biz də İP-nın mitinqində nitq söyləmək istəyirik.
Razilaşin ki, bu məntiqli və məqbul mövqe deyil.
Əgər diqqət etdinizsə, İP-nın 8 aprel mitinqində mənim bütün demokratik dəyişiklik istəyən qüvvələrə mesajım oldu, onları səmimi və real əməkdaşlığa dəvət etdim və bu bütün İP-nın rəsmi mövqeyidir.
İnanmaq istərdim ki, digər qüvvələrin də bu çağırışlara səmimi və ciddi cavabları olacaq.

_____
21:42
Sual (Fidan):
Hakimiyyətə gəlsəniz, ilk edəcəyiniz dəyişiklik nə olardı?

_____
21:50
Cavab: Bu hakimiyyət ölkəmizi elə günə salıb ki, görüləcək işlərin ucu-bucağı yoxdur. Və bizim də planlarımız çox genişdir, bütün sahələrdə ciddi proqramlarımız, konsepsiyalarımız, ideyalarımız var.
İlk addım yəqin ki, siyasi məhbusların azad edilməsi, cəmiyyətə və insanlarımıza iqtisadi və siyasi azadlıqlar vermək olacaq.
Biz istəyirik ki, hər bir vətəndaş inansın ki, bu vətən, bu torpaq, bu xalq onundur. Hər bir insan bu vətənin problemlərinə də sahib çıxmalıdır, sərvətlərində də pay sahibi olmalıdır.

_____
21:51
Sual (Kənan): İsa bəy Siz mitinqlərdə xalqın nümayəndələrinə söz verilməsinə necə baxırsınız. Xalq öz dərdini və problemlərini daha dəqiq səsləndirə bilər. Birdə musavatda funksionerlər hansı prinsiplə təyin olunur ki, musavatda çox sayda savadlı insanlar ola ola Sizin ətrafınızda bisavadlar doludur.

_____
22:00
Cavab:
Kənan bəy, mitinqlərdə xalqın nümayəndələrinin çıxış etməsinə yaxşı baxıram, yəqin ki, növbəti mitinqlərdə ən müxtəlif kəsimlərin təmsilçilərinin nitqlərini birgə dinləyəcəyik.
Amma, inanın ki, 8 aprel mitinqində danışan natiqlər də Marsdan gəlməyiblər, xalqımızın ziyalıları, siyasi və ictimai xadimləri, xanımları və gəncləridirlər.
Müsavatda savadlı adamların çox olduğunu söyləməkdə haqlısınız. Müsavat əslində bütün xalqın partiyasıdır və ilk növbədə bu xalqın ziyalılarının partiyasıdır.
Mənim ətrafımdakılardan kimi bisavad hesab etdiyiniz mənə aydın deyil. Onu deyim ki, Müsavat rəhbərliyi və mənim müavinlərim yüksək savada və əxlaqa malik ləyaqətli insanlardır. Onların az qala yarısı elm adamlarıdır, professorlar, elmlər doktorlarıdır. Məsələn, Müsavat Divan üzvlərindən Almaz Əliqızı, Qubad İbadoğlu, Vurğun Əyyub, Nüşabə Sadıxlı, Məryəm Oruclu, Gülağa Aslanlı elm adamlarıdır, Elmlər Akademiyasının müxtəlif institutlarında, ölkəmizin müxtəlif unuversitetlərində uzun illər çalışıblar, dərs deyiblər, əksəriyyəti indi də siyasi fəaliyyətlə yanaşı elmi-pedaqoji fəaliyyətlərinə davam edirlər. Qalanları da müxtəlif sahələrdə yüksək səviyyəli peşəkar mütəxəssislərdir.
Xahiş edirəm ki, fədakar insanlara qarşı sayğısızlıq etməyin.

_____
22:01
Kəmalə (Oxucu): SALAM ISA BEY BIZ SIZI DESTEKLEYIRIK MITINGLERDE ISTIRAK EDIRIK. INSALLAH QELEBE BIZIMLEDIR

_____
22:04
Cavab: Kəmalə xanım, salam,
Təşəkkür edirəm.
İnanıram ki, 22 aprel mitinqində daha çox insanları cəlb edərək iştirak edəcəksiniz.
İctimai fəallığı və mitnqlərin kütləviliyini təmin edəcəyik və qalib gələcəyik.
Çünki, bizim yolumuz haqq-ədalət yoludur, azadlıq və ləyaqət yoludur, demokratiya yoludur.

_____
22:06
Emil Quliyev (moderator): İsa bəy, sizin və eləcə də oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, artıq 1 saatı geridə qoymuşuq. Sualları cavablandırmaq üçün hələ qarşıda bir saat var.
Növbəti sualları RahimS adlı oxucu göndərib. Onun sizə iki sualı var:

Salam Isa bey.
1. 2013-cü ili analiz etmenizi isterdim. Dünya ictimaiyyeti ve xüsusen de insan haqqlari teshkillatlari bu gün Azerbaycan igtidarini keskin tengid etmekde, davam edirler. Achiqini desem bu ne 2005 ne de 2003- cüillerde görünen bir mesele deyildi. Hetta Türkiye bash naziri ve Gürcüstan prezidenti bele MM-deki kürsüden H.Eliyevden deyil M.E,Resulzadeden sitat getirdiler. Bu yaxinlarda Xocali soyqiriminin 20 illiyi erefesinde hem Isvech Xarici Ishler Nazirliyinde, hem Riksdagende ve hem de chalishdiqimiz Jurnalist teshkilatlari ile görüshlerimde bunu hiss etdim ki, Azerbaycan Hakimiyyetinden naraziliqlar chox qabariq nezere charpir. Bele olan sheraitde Azerbaycan müxalifeti 2013-cü ildeki sechkilere tam hazirdirmi?
2. Vahid namized ve yaxud da vahid platforma meselesi gündemde varmi?

_____
22:18
İsa Qəmbər: Rahim bəy, salam,
1. Sizin təhlillə əsasən razıyam. Son illərdə, xüsusən 2008-ci il ümumdünya iqtisadi böhranından sonra bütün dünyada razılaşmağa başlayıblar ki, dünya bir bütündür, dünyanın bir hissəsində demokratiya, haqq-ədalət, zənginlik və firavanlıq olması, digər hissəsində isə totalitarizm, avtoritarizm, korrupsiya, dərəbəylik, kasıblıq olması daimi ola bilməz.
Və nəticədə dünyada yeni bir azadlıq dalğası başlayıb. Bu özünü ilk növbədə ərəb ölkələrində göstərdi, indi isə daha geniş areala yayılıb və Cənubi Qafqazın sınırlarına dirənib. O cümlədən Azərbaycanda da demokratik dəyişikliklər zəruri və labüddür. Çünki, Azərbaycanda mövcud vəziyyətdən narazı olan, köklü dəyişikliklər istəyən xalq var. Və bu xalqın demokratik ənənələri var, islam şərqində 1918-1920-ci illərdə mövcud olmuş ilk demokratik cümhuriyyəti var, 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin prezidentliyində demokratik respublikası var, 100 illk Müsavatı var, Xalq Cəbhəsi var, vətənpərvər ziyalıları, azadlıq və demokratiya yolunda fədakarlığa hazır olan savadlı və yetkin gənclik ordusu var.
2013-cü ilə nəzərdə tutulan seçkilərə demokratik müxalifət hazırdır, amma, şərait hələ hazırlanmayıb, daha çox səy göstəməliyik, fədakarlıq göstərməliyik ki, 2013-cü ildə xalqımızın demokratiya gözləntiləri gerçəkləşsin.

2. İctimai Palatada birləşmiş qüvvələrin birlik iradəsi mövcuddur. Biz hələ ötən il (2011) “Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi”ni hazırlayıb xalqa və iqtidara təqdim etmişik. Bir sıra digər proqram sənədləri də hazırlanıb. İndi isə Vahid Platforma layihəsi üzərində mütəxəssislərimizlə birgə işləyirik.
Vahid namizəd məsələsinə biz bir az ehtiyatlı yanaşmağın tərəfdarıyıq, çünki indilik müxtəlif partiyalrın, ictimai-siyasi təşkilatların və kəsimlərin bu məsələyə fərqli yanaşmaları var.İndiki mərhələdə bu məsələnin müzakirəsi birliyə xidmət eləməz. Zamanı gələndə məsələ ciddi müzakirə olunacaq.

_____
22:20
Sual (Fariz): Salam İsa bey necəsiz? Sizə dərin hörmətim var,xalq sizdən bu formatı gözləyir .Xahiş edirəm səmimi cavab verin bu format alınacaq?

İsa Qəmbə
Əli Kərimli
Lalə Şövkət
Əli Əliyev
Rəsul Quliyev

_____
22:32
Cavab: Fariz bəy, salam, təşəkkür edirəm.
Adətən biz siyasətçiləri tənqid edirlər ki, xalqın adından danışırıq.
İndi isə Siz hökm verisiniz ki,xalq məhz Sizin sadaladığınız bu beşlikdən ibarət format həsrətindədir
Mənim bütün Azərbaycan vətəndaşlarına sayğım var və heç bir ləyaqətli siyasətçi ilə əməkdaşlığı istisna etmirəm. Azərbaycanın maraqları naminə hər bir siyasətçimizlə birliyə hazıram. Demokratiya uğrunda, movcud avtoritar rejimi dəyişmək naminə hər bir real müxalifət lideri ilə əməkdaşlığa, qarşılıqlı güzəştlərə hazıram. Amma, bu yalnız məndən asılı deyil. Zamanı gələndə baxacayıq.

_____
22:33
Sual (Xasay Səfəroğlu): Salam,Başqan!Mitinqə milli bayraqlarla çıxmamız daha məqsədəuğun olmazdımı?Təəkkür.

_____
22:39
Cavab: Xasay bəy, salam,
Gördüyünüz kimi 8 apral mitinqində fəallarımız, gənclərimi yüzlərlə milli bayrağımızı qürurla dalğalandırırdılar.
Eyni zamanda mitinqlərdə ən müxtəlif partiyaların, təşkilatların üzvləri iştirak edir. Onalrın yüksəltdikləri bayraqlar mitinqə rəngarənglik gətirir, gözəllik gətirir. Həm də açığı eyni zamanda sağlam bir rəqabət mühiti yaradıb aksiyalarımızın kütləviliyinə müsbət təkan verir.

_____
22:40
Sual (Ramil): Salam Isa bey. Duzunu bilmek isteyirsizse ne sizin kimi muxalifeti ne de indiki hakimiyyeti desteklemirem! Iki terefden (hem muxalifet hem de iqtidar) de zehlem gedir. Neden getmek istemirsiniz? Neden Partiyanin qurultayini, basqan secimlerini ertelediz? Nedir sizi bir bu qeder qalmaga mecbur eden? Belke siz de muxalifetin diktatoru olmaq isteyirsiz?

_____
22:52
Cavab: Ramil bəy, salam,
Əvvəla, bizim qurultayın ləngiməsinin yeganə səbəbi hakimiyyətin yaratdığı maneələr, o cümlədən qurultay keçirmək üçün normal yer verməməsidir. Biz qurultayı keçirməyə tam hazırıq və yer verilən kimi keçirəcəyik.
İkincisi, inanın ki, demokratik müxalifətin, xüsusən də Müsavat kimi 100 illik tarixi olan demokratik bir partiyanın diktatoru olmaq mümkün deyil. Ümumiyyətlə, müxalifətin nəinki lideri, hətta sıravi üzvü olmaq da bir fədakarlıq, qəhrəmanlıqdır.
Üçncüsü, darıxmayın, hər şey yaxşı olacaq.

_____
22:53
Emil Quliyev (moderator): Xabarar adlı istifadəçi sizə mövzumuzdan kənar 4 sual ünvanlayıb. Sualları sizə ünvanlamaq məcburiyyətindəyik, ancaq xahiş edərdik ki, canlı forumun başa çatmasına az vaxt qaldığından cavabları birləşdirib xülasə edəsiniz:

Добрый вечер Иса бей. Мой вопрос может быть не по теме, однако это одна из проблем современного Азербайджана.

Вопрос 1. В 2010 году в Баку сменили название “Лезгинской мечети” на Ашур. Данные действие сильно задело представителей лезгинского этноса. Как вы считаете, правильно ли было данное решение?

Вопрос 2. Считаете ли Вы, что придание статусу регионального лезгинскому языку – угроза для распространение сепаратизма?

Вопрос 3. Реально ли создать в Азербайджане лезгинскую культурную национальную автономию?

Вопрос 4. Учитывая, что некоторые наши соседи пишут постоянно о т.н. проблемах хотелось бы узнать у Вас, на ваш взгляд какие проблемы существую у лезгинского народа в Азербайджане?

Спасибо.

_____
22:58
İsa Qəmbər: Xabarar, добрый вечер,
Если Вы помните или знаете еще 1992 г. президент Эльчибей издал указ о правах национальных меньшинств Азербайджана, в котором предусматривались довольно серьезные возможности для сохранения национальной идентичности и развития национальной культуры всем гражданам страны. Подобный демократичный подход к решению национального вопроса присущ и партии Мусават и нашим союзникам.
Так, что все поднятые Вами вопросы будут рассмотрены с точки зрения демократии и прав человека. Кстати, этого же требует программные документы и Мусавата, и международных организаций, членом которых является Азербайджан.
В случае существования различных взглядов на те или иные вопросы, поднятые Вами (например, название мечети, региональный статус языка ), я думаю, что можно подумать о таких формах решения общественных разногласий, как референдум, плебисцит и т.д.
У лезгинского народа, во-первых, те же проблемы, которые у всего Азербайджанского народа, а во-вторых, специфические проблемы национальных меньшинств, о которых Вы знаете лучше, чем я. Но я всегда готов выслушать Вас и других представителей нашего многонационального Азербайджана.

_____
22:59
Emil Quliyev: İsa bəy, Guney Azerbaycan adlı oxucu vaxtımızın bitməsinə baxmayaraq bu sualın verilməsinə israr edir:

Salam İsa bey

Butov Azerbaicanin lideri Elcibeyden sonra, Siz de daxil olmaqla heç bir lider Gueyle maraqlanmir. Axı boyuk Elcibey guneyi mudafie etmeyi Sizlere vesiet etmisdi..

Saq olun…

_____
22:06
Cavab: Güney Azərbaycan, salam,
Bir tərəfdən haqlısınız, liderimiz Əbülfəz Elçibəyi əvəz etmək mümkün deyil.
Amma,digər tərəfdən, bir az insafsızlıq edirsiniz, Güneyli-Quzeyli Azərbaycana canımız qurban!
Güney hər zaman diqqətimdədir və hər zaman diqqətimdə olacaq!

_____
22:07
Emil Quliyev: İsa bəy, dəyərli vaxtınızı ayırıb Amerikanın Səsinin Sərbəst Kürsüsünə “əyləşdiyiniz” üçün təşəkkür edirik.

_____
22:08
İsa Qəmbər: Mən Sizə və sual verən, bu söhbəti oxuyan bütün dinləyicilərinizə təşəkkür edirəm.

_____
22:10
Emil Quliyev: Sərbəst Kürsünün növbəti canlı forumunda görüşənədək…

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG