Accessibility links

Müxalifət iştirakçıların sayının iki dəfə artacağını proqnozlaşdırır.

Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata aprelin 22-də mitinq keçirəcəyini bəyan edib. Keçmiş baş nazir, mitinqin təşkilatçılarından olan Pənah Hüseyn Amerikanın Səsi radiosuna müsahibəsində İctimai Palatanın aprelin 8-də keçirdiyi mitinqi irəliyə doğru müsbət dinamika adlandırıb. “Aprelin 22-də keçirəcəyimiz mitinqdə iştirakçıların sayının iki dəfə artacağını proqnozlaşdırırıq. Yəqin ki, yaxın zamanda mitinqin harada keçiriləcəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətini xəbərdar edəcəyik”.

Onun sözlərinə görə, mitinqdə yeni parlament seçkilərinin keçirilməsi, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməməsi, mülkiyyət hüquqları, demokratik azadlıqlar, sosial vəziyyətin yaxşılaşdırılması, real islahatların keçirilməsi, korrupsiyaya və rüşvətə qarşı mübarizə ilə bağlı tələblər irəli sürüləcək.

XS
SM
MD
LG