Accessibility links

ABŞ dövlət katibi "Əsrin Kontraktı"nın 20 illiyi ilə əlaqədar prezident Əliyevə təbrik göndərib


ABŞ Dövlət katibi Con Kerri
ABŞ Dövlət katibi Con Kerri

Con Kerri məktubunda insan haqlarının müdafiəsi, demokratiyanın vacibliyini də vurğulayır

ABŞ-ın dövlət katibi Con Kerri "Əsrin Kontraktı"nın imzalanmasının 20 illik yubileyi ilə əlaqədar prezident İlham Əliyevə təbrik məktubu göndərib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, dövlət katibi məktubunda deyilir ki,v son 20 ildə Birləşmiş Ştatlar enerji ehtiyatlarının inkişafına, Avropa və dünyanın enerji təchizatına töhfə vermək üçün səy göstərən və həmçinin güclü, müstəqil dövlətə çevrilən Azərbaycanla hərtərəfli tərəfdaşlıq edib.

"Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə də vacib rol oynayaraq Avropa bazarlarına əlavə enerji təchizat marşrutlarını təmin edəcək və bölgənin enerji təhlükəsizliyini möhkəmləndirəcək".

Kerri məktubunda insan haqlarının müdafiəsi, demokratiyanın vacibliyini də vurğulayır.

«Azərbaycan 96 il öncə ümumbəşəri demokratik dəyərlərə sadiqlik göstərən ilk müsəlman dövləti olaraq insan haqları və əsas azadlıqlar sahəsində lider rolunu oynamışdır.

Demokratik inkişaf sayəsində Azərbaycan sözügedən lider dövlət rolunu özünə qaytara bilər. Bizim münasibətlərimizin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür", dövlət katibi qeyd edir.

XS
SM
MD
LG