Accessibility links

Zərdüşt Əlizadə: Ya Rusiya dağılmalıdır, ya Azərbaycan xalqı dəyişməldir [Video-Müsahibə]


Zərdüşt Əlizadə: Ya Rusiya dağılmalıdır, ya Azərbaycan xalqı dəyişməldir
please wait

No media source currently available

0:00 0:05:04 0:00

Politoloq Zərdüşt Əlizadənin Amerikanın Səsinə müsahibəsi

Politoloq Zərdüşt Əlizadənin Amerikanın Səsinə müsahibəsi

Amerikanın Səsi: Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin uzadılmasına ATƏT-in Minsk qrupu cavabdehdir yoxsa...?

Zərdüşt Əlizadə: ATƏT-in Minsk Qrupu öhdəsinə düşən, imkanında olan işləri görüb.Əvvəla danışıq prosesinin tənzimlənməsinə öz töhvəsini verib. Ağılabatan bütün təklifləri hazırlayıb tərəflərə verib, tərəflər də bunu qəbul etməyib və sadəcə danışıqların getməsini diqqət mərkəzində saxlayır. Bundan artıq vasitəçi heç nə görə bilməz. Yəni o qurum öz işini görüb. Amma tərəflər razılığa gələ bilmirlərsə və resursu olmayan ölkəyə vasitəçi rolunu oynayan ölkələr resurs verirsə, demək bu artıq Minsk Qrupunun həmsədrlərindən aıslı deyil, həmsədr ölkələrdən aslıdır. Ölkələrin isə özünün maraqları var və onlar münaqişənin həllində maraqlı deyillər.

Amerikanın Səsi: Bəs status kvonun dəyişməsi üçün nə etmək lazımdır? Çünki Fransa, ABŞ prezidentləri də dəfələrlə bəyan ediblər ki, status kvo dəyişməlidir.

Zərdüşt Əlizadə: Onlar riyakarlıq ediblər. Status kvonun dəyişməsi Azərbaycan hökumətindən, xalqından asılıdır. Əgər biz Qarabağı almaq istəsək indiyədək yürütdüyümüz siyasətdə dərin islahatlar aparmalıyıq, həqiqi Qarabağın azad edilməsinə, sülhün təmin edilməsinə yönəlmiş siyasət yürütməliyik.

Amerikanın Səsi: İndiki anda danışıq proseslərini necə qiymətləndirərdiniz?

Zərdüşt Əlizadə: Danışıq prosesləri yoxdur. Danışıqlar getmir. Səfərlər var. Gedirlər, gəlirlər. Danışıq prosesləri getmir. Çünki tərəflərin mövqeyi daban dabana ziddir.

Amerikanın Səsi: Situasiyanın, regionda vəziyyətin dəyişməsi üçün nə edilməlidir? Gərginləşmə davam edərsə regionda hansı hadisələr gözlənilə bilər?

Zərdüşt Əlizadə: Məncə Ukrayna hadisələri də sübut elədi ki, Rusiya dondurulmuş münaqişələr vasitəsilə münaqişə bölgələrini nəzarətdə saxlamaq istəyir və buna nail olur. Moldovanı nəzarətdə saxlayır. Gürcüstanı, Ermənistanı, Azərbaycanı, indi Ukraynanı nəzarətdə saxlamaq istəyir. Bu mexanizmlər düşünülüb, işlənilib. Artıq hətta mən deyərdim ki siyasi texnologiyalar səviyyəsinə çatıb Rusiyada. Əlbəttə ki, yerlərdə də bəzi satqın və ya səfeh ünsürlər həmin o nəticələrin həyata keçirilməsinə öz töhvələrini verir. Bir 25 illik münaqişə ilə məşğul olan şəxs kimi deyə bilərəm ki, mən çox bədbinəm. Ya Rusiya dağılmalıdır, ya da ki, Azərbaycan xalqı dəyişməldir. Amma bu dəyişikliyi labüd edə biləcək hər hansı bir siyası qüvvə görmürəm hələlik.

Amerikanın Səsi: Qərb dövlətlərinin, ABŞ-ın regional siyasətində hansı dəyişikliklər olmalıdır ki, regionda situasiya dəyişsin?

Zərdüşt Əlizadə: Amerikanın xarici siyasəti iki partiyalıdır. Onun əsas forması dəyişmir. Bu Amerikanın dövlət maraqlarının müdafiəsidir. Bu dövlət maraqlarını müdafiə etmək naminə istərsə də hansısa bölgədə sabitliyin pozulması da daxıldır ora, münaqişlərin qanlı mərhələyə keçirilməsi də daxıldır, həqiqi sülhməramlı fəaliyyət də daxildir ora. Yəni Amerikanın böyük ehtimalla xarici siyasəti çoxşaxəlidir. Azərbaycanın Qarabağ probleminin həlli üçün, Amerika mən bilən, imkanı olan heç nəyi etmir.

Amerikanın Səsi: Ukrayna böhranı ətrafında Rusiya Qərb münasibətləri Cənubi Qafqaz böhranlarının həllinə kömək edə bilərmi?

Zərdüşt Əlizadə: Bu əgər Rusiyanın çökməsini sürətləndirirsə bəli, dolayısı ilə yardım edə bilər. Yəni öz hamisini, ağasını itirmiş Ermənistan mənə elə gəlir ki, daha gerçək mövqeyə gəlib hansısa bir kompropmist sülhlə razılaşa bilər. İndi onların mövqeyi heç bir kompromist nəzərdə tutmur.

Amerikanın Səsi: Azərbaycanın indiki daxili vəziyyəti beynəlxalq səviyyədə Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə bağlı təbliğat kampaniyasına imkan verirmi?

Zərdüşt Əlizadə: Xeyr, vermir. Sadəcə bir söz işlədirlər. Əgər Azərbaycan Dağlıq Qarabağ ermənilərinin Azərbaycana qayıtmasını istəyirsə hansı zəmanət verə bilər? Onların insan hüquqlarına, milli hüquqlarına, iqtisadi hüquqlarına. Əgər azərbaycanlıların, köklü xalqın hüquqlarına hörmət etmirsə hökumət, haradadır təminat ki, Dağlıq Qarabağ ermənilərinin hüquqlarına. Çox sadə bir sualdır. Bunun cavabı məndə yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG