Accessibility links

Vladimir Putin yeni iqtisadiyyatın yaradılacağına vəd verib

  • Amerikanın səsi

Vladimir Putin yeni iqtisadiyyatın yaradılacağına vəd verib

Vladimir Putin yeni iqtisadiyyatın yaradılacağına vəd verib

Rusiyanın baş naziri Vladimir Putin ölkəsinin hədsiz dərəcədə neft və qaz ixracından asılı olduğunu deyərək, yeni iqtisadiyyatın yaradılacağına vəd verib. “Vedomosti” qəzetində çıxan üçünçü müəllif məqaləsində Putin Rusiyanın genişmiqyaslı sənayeləşmə prosesindən keçdiyini bildirib. Baş nazir deyib ki, Rusiyanın hazırkı durumdan çıxması üçün texnolgiya sahəsində sıçrayışa ehtiyacı var. “Lakin bu hər deyil, müəyyən sektorlarda olmalıdır”-deyə o bildirib. “Texnologi liderliyi bərpa etmək üçün biz prioritetlərimizi müəyyən etməliyik. Bu sahədə namizədlər farmasevtika, yüksək texnoloji kimya, kompozit və qeyri-metal materiallar, aviasiya, məlumat- kommunikasiya texnologiyasıdır.Əlbəttə, atom sənayesi və kosmos.”
Baş nazirin fikrincə, Rusiya iqtisadiyyatında başlıca problem korrupsiyadır.

Vladimir Putinin bundan əvvəl “Nezavisimaya qazeta” və “İzvestiye” qəzetlərində məqalələri çıxmışdı.

XS
SM
MD
LG