Accessibility links

Pentaqon Suriyada müdaxilə variantlarını nəzərdən keçirir [Video]


Pentaqonun Suriya planları
please wait

No media source currently available

0:00 0:02:05 0:00
Pentaqon Suriyada kimyəvi silahlardan istifadə məsələsi ilə əlaqədar atılacaq addımlarla bağlı prezidentə təkliflər hazırlayır. Təhlilçilər bu təkliflərin on minlərlə hərbi qüvvə yerləşdirilməsindən tutmuş, münaqişənin daha böhranlı bir məqamə gəlməsi kimi mürəkkəb məsələləri əhatə etdiyini deyir.

Pentaqon ABŞ prezidentinə Suriya ilə bağlı kimyəvi silah ambarlarının bombardman edilməsi və yaraqlıların silahlandırılması kimi təkliflər üzərində işləyir.

Heç bir ssenarioda asan yol görünmür və müdafiə nazirliyinin rəsmiləri ekstremal vəziyyətləri nəzərə almalıdır.

Müdafiə naziri Çak Heygel ABŞ-ın Suriyada kimyəvi silahlardan az dərəcədə istifadə edildiyi haqda nəticəyə gəldiyini deyib, lakin tələsik nəticələrin çıxarılmalı olmaması ilə bağlı xəbərdarlıq edib. Çak Heygel: “Biz harada və nəyin baş verdiyini qiymətləndirməyə davam edirik. Fikrimcə, hər hansı bir addımı atmaq üçün mühakimə yürütməkdən əvvəl biz faktları əldə etməliyik.”

Təkcə kimyəvi silahların aşkar edilməsi yüz minlərlə Amerika əsgərinin yerləşdirilməsi kimi bir əməliyyatı əhatə edə bilər. ABŞ silahlı qüvvələri kimyəvi silahların təhlükə törətmədiyini təmin etməli olacaq. Bu işi görmək üçün onlar artıq İraqdakı təcrübəyə malikdir.

Suriyanın hərbi hava qüvvələri hələ güclü olaraq qalır və təhlilçilər Bəşar Əl-Əsəd qüvvələrinin güclü və kəskin cavab verəcəyini gözlədiklərini deyirlər.
Amerika Sahibkarlıq institutunun təhlilçisi Maykl Rubun bunun çətin bir əməliyyat olacağını deyir.

“Biz təkcə kimyəvi silahların təhlükə törətmədiyini təmin etmək işini görə bilməyəcəyik. Bu bir neçə həftə vaxt apara bilər, özü də hökumət bizimlə əməkdaşlıq etsə. Buna görə də əgər biz kimyəvi silahları yox etmək istəyiriksə, bombardman etməliyik. Bu isə zəhərli maddələrin yayılmasına gətirib çıxaracaq.”

Başqa bir yol isə uçuşlara qadağa zonasının yaradılmasından ibarət ola bilər. Bu isə daha artıq resursların cəlb olunması və müttəfiqlərin əməliyyatda iştirakını nəzərdə tutur və beləliklə, işi daha da mürəkkəbləşdirir.

Hələlik davamlı kəşfiyyat məlumatlarının olmadığı bu məqamda hansı variantın seçiciləyi aydın deyil.
XS
SM
MD
LG