Accessibility links

Tarxtor komandasının oyununda “Azərbaycan var olsun!” şüarı səsləndirilib


Tarxtor komandasının oyununda “Azərbaycan var olsun!” şüarı səsləndirilib

Tarxtor komandasının oyununda “Azərbaycan var olsun!” şüarı səsləndirilib

Hüquq-mühafizə orqanları və İslam İnqilabı Keşikçiləri Korpusunun tabeçiliyində olan “Bəsic” qüvvələri hücum edərək, azarkeşləri döyüb. Toqquşma zamanı 100 nəfərə yaxın azərbaycanlı azarkeş saxlanılıb.

Təbrizin futbol komandası ilə Qum şəhərinin komandası arasında qarşılaşmasından sonra İran hüquq-mühafizə orqanları ilə azarkeşlər arasında dava düşüb.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mətbuat xidmətindən APA agentliyinə verilən məlumata görə, mayın 1-də Təbrizin “Səhənd” stadionunda Təbrizin “Traxtor-sazi” komandası Qum şəhərinin “Səba” komandasını qəbul edib. Qarşılaşma zamanı oyunu idarə edən hakimin çıxardığı qərarlarla razılaşmayan təbrizli azarkeşlərin bir qismi əvvəlcə stadiondan çıxarılıb. Qarşılaşmandan sonra isə azarkeşlər Təbrizin mərkəzi küçələri ilə yürüş edərək, “Azərbaycan var olsun, istəməyən xar olsun” və sair bu kimi milli şüarlar səsləndiriblər. Vəziyyətin gərginləşdiyini görən hüquq-mühafizə orqanları və İslam İnqilabı Keşikçiləri Korpusunun tabeçiliyində olan “Bəsic” qüvvələri hücum edərək, azarkeşləri döyüblər. Toqquşma zamanı 100 nəfərə yaxın azərbaycanlı azarkeş saxlanılıb.
GAMOH-dan o da bildirilib ki, bir müddət əvvəl Təbrizin “Traxtor-sazi” komandasının oyununda milli şüarlar səsləndirdiyinə görə saxlanılan azərbaycanlı Babək Hüseyninin aprelin 26-da qapalı məhkəməsi keçirilib. Onun vəkillə təmin olunmasına da imkan yaradılmayıb. Hazırda B. Hüseyni Təbriz həbsxanasında saxlanılır.

XS
SM
MD
LG