Accessibility links

Bu il təhlükəsizlik və müdafiə sektorunda 71 nəfər itki olub


Əsgər ölümünə etiraz aksiyası

Əsgər ölümünə etiraz aksiyası

İl ərzində 74 nəfər isə xəsarət alıb

Bu il Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 71 nəfər ölüb, 74 nəfər yaralanıb və ya xəsarət alıb.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, itkilərin 9-u döyüş, 62-si isə qeyri-döyüş itkiləridir. Bunlardan 15 nəfər intihar, 12 nəfər avtoqəza, 10 nəfər xəstəlik, 9 nəfər bədbəxt hadisə, 6 nəfər qeyri-nizamnamə davranışları, 3 nəfər vertolyot qəzası, 3 nəfər naməlum səbəb, 2 nəfər ehtiyatsızlıq, 2 nəfər mülki şəxs tərəfindən qətlə yetirilməsi nəticəsində dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 55-i Müdafiə Nazirliyinin, 8-i Daxili Qoşunların, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin 1-i Xüsusi Dövlət Mühafizə Xidməti, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə, 40 nəfər avtoqəza, 13 nəfər qeyri-nizamnamə davranışları, 8 nəfər erməni gülləsi, 5 nəfər intihara cəhd, 3 nəfər mülki şəxslərlə dava, 4 nəfər bədbəxt hadisə, 1 nəfər mina partlayışı nəticəsində yaralanıb və ya xəsarət alıb.

Xəsarət alanlardan 51-i Müdafiə Nazirliyinin, 18-i Daxili Qoşunların, 5-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur.
XS
SM
MD
LG