Accessibility links

Əsgər ölümləri - 6 ayda 51 itki


Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi təhlükəsizlik və müdafiə sektorunda itkilərlə bağlı məlumat açıqlayıb

Bu ilin altı ayı (yanvar-iyun) ərzində təhlükəsizlik və müdafiə sektorunda itkilər 51 nəfər təşkil edib. Ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb.

Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, müvafiq dövrdə dünyasını dəyişənlərin səkkizi döyüş (səkkiz nəfər erməni gülləsi), 43-ü isə qeyri-döyüş itkisidir.

Bundan başqa C.Naxçıvanski adına hərbi litseyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

Altı nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), doqquz nəfər avtoqəzadan, üç nəfər vertolyot qəzasından, iki nəfər naməlum səbəbdən, bir nəfər ehtiyatsızlıqdan, beş nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, altı nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib. Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyinin, ikisi Dövlət Sərhəd Xidmətinin, yeddisi Daxili Qoşunların, biri XDMI-nin, biri Fövqəladə Hallar Nazirliyinin (bir nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralı və xəsarət alanlara gəlincə (63 nəfər) onların 11-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) beşi intihara cəhddən, üçü mülki şəxslərlə davadan, yeddisi erməni gülləsindən, bir nəfər mina partlayışından, dördü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 32-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 40 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, beş nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG