Accessibility links

Tehranda hicabla bağlı həbslər olub


Reydlərdə ənənəyə uyğun geyinməyən bir sıra gənc oğlanın da tutulduğu bildirilir.

İranda polis qüvvələrinin hicabsızlığa qarşı əməliyyatları şiddətlənib.

“Media forum” saytının məlumatına görə, mayın 16-dan paytaxt Tehranda hakimiyyətin qoyduğu hicab qaydasına tam riayət etməyən yüzlərlə gənc qadın tutularaq polis bölmələrinə aparılıb. Paytaxtın “Vənək”, “Sadiqiyyə”, “Həft-e tir”, “Həfthoz” meydanlarında və digər iri küçə və parklarda saxlananlar olub.

Aparılan reydlərdə həmçinin ənənəyə uyğun geyinməyən bir sıra gənc oğlanın da tutulduğu bildirilir.

XS
SM
MD
LG