Accessibility links

Total şirkəti həmçinin təbii qazın nəqli, TANAP layihəsi və Abşeron yatağı ilə bağlı fikir mübadiləsi aparıb

Yanvarən 15-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev «Total E&P»nin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrel və “Total-Azərbaycan” şirkətinin baş meneceri Kristian Qyudiçellini qəbul edib.

ARDNŞ-nin məlumatına görə, görüşdə “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazasına hazırlıq işləri, Azərbaycanda hasil olunan təbii qazın nəqli məsələləri və bu çərçivədə TANAP layihəsi, habelə “Abşeron” yatağının işlənilməsi konsepsiyası üzrə ilkin baxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər görülən işlərdən razılıq ifadə edərək, qarşıda duran vəzifələrdən danışıblar.
XS
SM
MD
LG