Accessibility links

Türkiyə ordusunun baş komadanı Suriyanın hücumlarını davam etdirdiyi təqdirdə güclü müqavimətlə üzləşəcəyini deyib

Türkiyə ordusunun baş komadanının bildirdiyinə görə, Suriya sərhəd bölgələrində hücumlarını davam etdirdiyi təqdirdə güclü müqavimətlə üzləşəcək. General Nəcdət Özəl bu barədə xəbərdarlığı bu gün Türkiyənin sərhəd bölgəsində keçən həftə Suriyadan edilən hücumlar zamanı 5 nəfərin ölümü ilə nəticələnən Aksakala kəndinə səfəri zamanı edib.

Türkiyə Suriyanın bu hücumuna altı gün artilleriya ilə cavab verib.

BMT baş katibi Ban Gi Mun bu həftənin əvvəlində Türkiyə ilə Suriya arasında baş qaldıran münaqişəyə görə narahatlığını ifadə edib.

Bu arada, Birləşmiş Ştatlar rəsmiləri Suriya qaçqınlarına yardım üçün İordaniyaya 150 nəfərdən ibarət hərbi mütəxəssis göndərildiyini bildirib.
XS
SM
MD
LG