Accessibility links

Həftələrdir şiddətli döyüşlərdən sonra Rusiya tərəfdarı separatçılar Ukraynanın şərqində Debaltsevo şəhərinin nəzarətini ələ alıb. Kiyev hökuməti Ukrayna hərbi qüvvələrini şəhərdən çıxarıb.

Üsyançılar separatçıların istinadgahları olan Luqansk və Donetski birləşdirən strateji şəhərin ələ keçirilməsini Debaltsevoda bayraqlarını sancaraq qeyd edib.

Ukrayna prezidenti Petro Poroşenko üsyançıların hökumət qüvvələrinin yüzlərlə üzvünü ələ keçirməsindən sonra Ukrayna əsgərlərinin Debaltsevodan çıxması haqda əmr verib. Cənab Poroşenko Ukrayna əsgərlərinin 80 faizinin şəhəri tərk etdiyini, qalanların isə onların ardınca şəhərdən çıxdığını bildirib.

Prezident Poroşenko deyib ki, əsgərlərin çıxarılması separatçıları dəstəklədiyinə görə Rusiya üzərində ləkədir.

Debaltsevoda faktiki olaraq mühasirəyə alınmış Kiyev hərbi qüvvələri şəhərdən öz silahları ilə çıxıb.

XS
SM
MD
LG