Accessibility links

Mit Romni vergi deklarasiyalarını açıqlamağa hazırlaşır

  • Amerikanın səsi

Mit Romni vergi deklarasiyalarını açıqlamağa hazırlaşır

Mit Romni vergi deklarasiyalarını açıqlamağa hazırlaşır

ABŞ prezident seçkilərində Respublikaçılar partiyasının namizədi olmaq uğrunda mübarizə aparan Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni keçən iki il üçün vergi deklarasiyalarını bu həftə açıqlayacağını bildirib və əlavə edib ki, bunu əvvəlcədən etməməklə seçki kampaniyasında səhvə yol verilib.

Fox televizyasına müsahibə zamanı Mit Romni deyib ki, vergi deklarasiyalarının açıqlanmaması məsələsi diqqət mərkəzində olub və onun Respublikaçıların praymerisi zamanı Nümayəndələr Palatasının keçmiş spikeri Nyüt Ginqriçə məğlub olması ilə nəticələnib.

Nyüt Ginqriç böyük seçici fəallığının müşahidə olunduğu Cənubi Karolina seçkilərində səslərin 40 faizini, Mit Romni isə ikinci yerdə gələrək 28 faizini alıb.

Bir həftə bundan əvvəl Romninin Cənubi Karolinada ilkin seçkidə asanlıqla qələbə çalacağı gözlənilirdi, lakin siyasi kampaniya onun inhisarçı-kapitalist karyerasına görə tənqidlərə məruz qaldı.

Respublikaçılar partiyasının növbəti ilkin seçkisi Florida ştatında yanvarın 31-də keçiriləcək. Mübarizənin gərgin olacağı gözlənilir.

XS
SM
MD
LG