Accessibility links

Dövlət katibi Klinton:Əsəd sözdən işə keçdiyini göstərməlidir

  • Amerikanın səsi

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Suriya prezidenti Bəşar Əl-Əsəd əsgərlərin şəhərlərdən çıxarılmasına dair BMT sülh planını cidd qəbul etdiyini nümayiş etdirməlidir.

Dövlət katibi Klinton deyib ki, prezident Əsədin planı qəbul etməsi Suriyada bir ildir sürən üsyanın sona çatdırılması səylərində ilk ciddi addımdır. Lakin o, sözdən əmələ keçdiyini görmək istədiyini deyib. Hillari Klinton:“Əsədin vəd verib, lakin iş görmədiyi nəzərə alınsa, bu öhdəliyə dərhal əməl olunmalıdır.”

Klinton deyib ki, beynəlxalq ictimaiyyət prezident Əsəd haqda dediklərinə görə deyil, gördüyü işə səmimi və ciddi yanaşması əsasında mühakimə yürüdəcək. Hillari Klinton:“O, Suriya tarixində bu qaranlıq səhifəni çevirmək istəyirsə, bunu silahlı qüvvələrə döyüşləri dayandırmaq və əhalinin yaşadığı yerlərdən çıxmaq haqda əmr verməklə edə bilər. Bununla yanaşı, o, beynəlxalq yardım işçilərinin ehtiyacı olan insanlara kömək etməsinə icazə verməidir.”

Dövlət katibi Klinton deyib ki, rəsmi Dəməşq habelə siyasi məhbusları azad etməli, dinc siyasi fəaliyyətlərə imkan verməli, kütləvi informasiya vasitələrindən istifadə üçün imkan yaratmalı və demokratik keçidə aparacaq siyasi proseslərə başlamılıdır. Onun sözlərinə görə, əgər prezident Əsəd bu addımları atsa, BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annan qan tökülməsinə son qoymaq, müxalifət tərəfdən zorakılığa yol verməmək və müxalifətin nəzarət etdiyi yerlərə humanitar yardım çatdırmaq üçün müxalifətlə iş aparacaq.

BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annanın altı maddədən ibarət planında BMT-nin nəzarəti altında atəşkəsə, humanitar yardım işçilərinin işinə imkan yaradılmasına və ölkədə demokratik və çoxpartiyalı siyasi sistemə keçidə çağırılır.

Birləşmiş Ştatların Sülh institutunda Yaxın Şərq üzrə ekspert Stiv Heyderman bildirir ki, Rusiya və Çinin vetosuna imkan verməmək üçün prezident Əsədin hakimiyyətdən getməsi çağırışının götürüldüyü BMT qətnaməsi planın reallaşması qarşısında mane yaradır.

Stiv Heyderman:”Onlar əsaslı dəyişikliklər tələb etmir. Burada dialoqa sadiq qalmaq kimi ümumi öhdəliklərdən söhbət gedir. Onlar şəhər yerlərindən silahlı qüvvələrin çıxarılması kimi ümumi təəhhüdlərdən danışır. Lakin biz Əsəd rejiminin əvvəllər də bu kimi şeylərə razı olduğunun, lakin onları həyat keçirmədiyinin şahidi olmuşuq.”

Herderman deyir ki, o, Kofi Annanın çox iş görə biləcəyini gözləmir. ”Əsəd rejiminin davamlı olaraq bir model üzrə razılığa gəldiyini görmüşük. Onlar beynəlxalq ictimaiyyətin şərtlərinə razı olur, çünki onları müdafiə edən Rusiya və Çinin səylərinə dəstək vermək istəyirlər, lakin nəticədə böyük dəyişiklik əldə edilmir. Mənə elə gəlir ki, bu dəfə də hər şey təkrar olacaq”-deyə o bildirib.

Kofi Annan bunları nəzərə alaraq, planın gerçəkləşməsinin döyüşlərin dayandırılması və Suriyada demokratiyaya keçid üçün həlledici rol oynayacağını deyir.

Britaniyada yerləşən Suriya İnsan Hüquqları Monitorinq qrupu bildirir ki, şimal-qərbdə İdlib, Dəməşq və onun ətrafları, habelə Homs daxil olmaqla, ölkənin bir sıra bölgələrində hökumət qüvvələrinin mülki əhali və üsyançıları atəşə tutması nəticəsində çərşənbə axşamı 10 nəfər həlak olub.

XS
SM
MD
LG