Accessibility links

Vahid Rusiya partiyası parlament seçkilərində gözlənilməz itkilərlə üzləşib


Vahid Rusiya partiyası parlament seçkilərində gözlənilməz itkilərlə üzləşib
Vahid Rusiya partiyası parlament seçkilərində gözlənilməz itkilərlə üzləşib

Rusiya baş naziri Vladimir Putinin hakim partiyası parlament seçkilərində təəccüb doğuran miqyasda yer itkiləri ilə üzləşib. On ildən çox siyasətdə birinci olan rəhbərin partiyasına gözlənildiyindən az səs verilib.

Səslərin 96 faizi sayılmaqla Vahid Rusiya partiyası Dövlət Dümasında 450 yerdən 238-ni tutub və aşağı palatada 2007-ci ildən qoruyub saxladığı 315 yerlik əksər çoxluğu itirib. Rəqib partiyalar hətta bu rəqəmlərin də şişirdildiyini deyib. Hazırkı nəticələr cənab Putinin partiyasının parlamentdəki yerlərin üçdə ikisindən də çoxunu itirdiyini göstərir.

Bundan öncə Vahid Rusiya partiyasının parlamentdə əksər çoxluğu ona birtərəfli şəkildə konstitusiyada dəyişiklik etmək imkanı verirdi. Kommunistlər partiyası ilə yanaşı Liberal Demokratlar və Yalnız Rusiya sosial demokrat partiyalarının hər biri əvvəlkindən daha çox səs toplayıb.

Bu, o deməkdir ki, cənab Putinin partiyası ölkənin yenilikdə güclənmiş müxalifətçilərinin bəziləri ilə əməkdaşlıq etməli olacaq. Mərkəzi Seçkilər Komissiyası bildirib ki, Vahid Rusiya partiyası seçki bülletenlərinin 49.5 faizini qazana bilib. Bu rəqəm 2007-ci ildə 64 idi. Dörd il bundan əvvəl 12 faiz səs toplamış Gennadı Zyuqanovun Kommunist partiyası bu dəfə 20 faizlə ikinci yerə çıxıb.

XS
SM
MD
LG