Accessibility links

Vaşinqtonda Rusiya-Gürcüstan müharibəsinə dair sənədli film göstərildi (VİDEO)


Martın 26-da Vaşinqtonda qərargahlanan Karnegi Beynəlxalq Sülh Fondunda “Putin, Rusiya və Qərb: Müharibə” sənədli filminin nümayişi və film ətrafında diskussiya keçirildi. Film BBC 2 kanalının hazırladığı 4 seriyalı "Putin, Rusiya və Qərb" sənədli filmlərinin üçüncü hissəsidir.

Filmi təqdim edən Norma Percy süjet xəttinin Rusiya-Gürcüstan müharibəsi və bununla bağlı Kremllə Qərb arasında yaranmış qarşıdurma üzərində cərəyan etdiyini bildirdi. Onun sözlərinə görə, Rusiya, Gürcüstan, ABŞ və Avropa rəsmilərinin xatirələri əsasında çəkilmiş film 2008-ci ildə iki nüvə qüdrətini üz-üzə gətirən münaqişə haqda tamaşaçılar üçün ətraflı təsəvvür yaratmaq idi.

“Putin, Rusiya və Qərb: Müharibə” ABŞ-ın Şərqi Avropada anti-raket sistemi yerləşdirməsi və Kosovonun müstəqilliyinin tanıması və bu xüsusda Kremllə prezident Mixail Saakaşvili arasında qızışan münaqişədən bəhs etməklə başladı. Prezident Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrovun söylədiklərindən belə məlum oldu ki, Rusiya hökuməti Saakaşviliyə ABŞ-ın regiondakı əlaltısı kimi baxır və onun siyasi ambisiyalarının qarşısını almaq üçün tədbirlər görürdülər.

Öz tərəfindən Gürcüstanın gənc prezidenti ABŞ-la müttəfiq münasibətlərinin imkanlarını düzgün dəyərləndirmir və arxasında Qərbin dayandığını güman edərək ölkəsinin ərazi bütövlüyünü bərpa etməyə can atırdı. ABŞ rəsmiləri qabaqcadan Saakaşviliyə aydın etməyə çalışırdılar ki, Vaşinqton Gürcüstana görə Rusiya ilə münaqişəyə girməyə hazır deyil. Eyni zamanda Moskvanın artan təxribatları Gürcüstanın seçimlərini daraltmaqda davam etdi və sonda dağıdıcı müharibə ilə nəticələndi.

Filmə şərh verən sabiq ABŞ diplomatı Thomas Graham onun bir çox məqamlara aydınlıq gətirdyini vurğuladı. Onun sözlərinə görə, BBC-nin çəkdiyi səndli film siyasi firquların düşüncələrini ustalıqla tamaşaçılara təsvir edir. O, NATO-nun genişlənməsi və Kosovo məsələsinə daha çox diqqət ayrılmalı olduğunu qeyd etdi. Həmçinin cənab Graham filmdə abxaz və cənubi osetin xalqlarınıa münaqişə tərəfləri kimi kifayət qədər yer verilmədiyini önə çəkdi.

Təqdimatın sual-cavab hissəsində Gürcüstan diplomatı və başqa auditoriya iştirtakçıları Rusiya-Gürcüstan müharibəsinin müxtəlif aspektləri və filmin bunları necə işıqlandırması haqda fikirlərini paylaşdılar.

XS
SM
MD
LG