Accessibility links

Azərbaycan xarici işlər naziri Amerika-Yəhudi Komitəsinin Ümumdünya Forumuna qatılacaq


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İsrail prezidenti Şimon Pereslə görüşü

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İsrail prezidenti Şimon Pereslə görüşü

Nazir Məmmədyarov regional və qlobal siyasi vəzifələr, təhlükəsizlik məsələləri barədə məruzə edəcək

İyunun 2-də Vaşinqtonda Amerika-Yəhudi Komitəsinin (AJC) Ümumdünya Forumu keçiriləcək. Forumu ABŞ dövlət katibi Con Kerri giriş sözü ilə açacaq.

AzərTAc agentliyinin məlumatına görə, forumda Azərbaycan, Çexiya, Yunanıstan və Polşanın xarici işlər nazirləri, İsrailin ədliyyə naziri və fələstinlilərlə danışıqlarda İsrailin əsas nümayəndəsi çıxış edəcək. BMT-nin baş katibi Forum iştirakçılarına videomüraciət edəcək.

İyunun 4-dək davam edəcək forumda Birləşmiş Ştatlardan və dünyanın 60 yəhudi icmasından 1500-dən çox nümayəndə iştirak edəcək.

Agentlik bildirir ki, dövlət xadimlərinin forumunda xarici işlər nazirləri Elmar Məmmədyarov (Azərbaycan), Karel Şvartsenberq (Çexiya) və Radoslav Sikorski (Polşa) regional və qlobal siyasi vəzifələr və təhlükəsizlik məsələləri barədə məruzələrlə çıxış edəcək.
XS
SM
MD
LG