Accessibility links

Şərqi Azərbaycan apellyasiya məhkəməsi Nəsim Sadıqinin şikayətinə baxıb


Nəsim Sadıqi
Nəsim Sadıqi

Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi yanvarın 19-da ilkin məhkəmədə 6 ay həbsə məhkum edilmiş türk fəal Nəsim Sadıqinin şikayətinə baxıb.

İnsan haqları üzrə xəbər yayan HRA agentliyinə əsasən, Təbrizdə məhkəmə iclasında iştirak edən fəal ona qarşı irəli sürülən ittihamları rədd edərək, bütün fəaliyyətlərini İran konstitusiyası çərçivəsində həyata keçirdiyini ifadə edib.

Təbriz İnqilab Məhkəməsi keçən ilin sentyabr ayıda milli fəalı sosial mediada göstərdiyi fəaliyyətlər səbəbilə “rejimə qarşı təbliğat” ittihamı ilə günahlandıraraq, 6 ay həbsə məhkum edib. Sadıqiyə qarşı xüsusilə onun Telegram sosial şəbəkəsində idarə etdiyi “Milli Görüş” adlı kanal ilə əlaqədar bu ittihamların irəli sürüldüyü bildirilir.

Nəsim Sadıqi 2018-ci ilin oktyabr ayında tutulduqdan sonra İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik bölməsində nəzarət altında saxlanılıb. Sepah-ın təhlükəsizlik qurumu onun “Pantürkizm və bölücü” düşüncələr istiqamətində fəaliyyət gəstərdiyini irəli sürüb.

Nəsim Sadıqi nəzarət müddətində və mühakimə prosesində vəkillə təmin olunmayıb. İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçilərinin bildirdiyinə görə, türk fəallar onları müdafiə edəcək vəkillər tapmaqda çətinlik çəkirlər. Milli fəalları müdafiə edən vəkillərin təhlükəsizlik qurumlarının basqılarına məruz qaldığı bildirilir.

XS
SM
MD
LG