Accessibility links

Şərqi Azərbaycan valisi: Bəzi məktəblərdə ana dili tədrisi başlaya bilər


Şərqi Azərbaycan valisi deyib ki, Təbriz Universitetində türk dili bölümü açıldı və heç bir problem yaranmadı. Məktəblərdə də problem olmadan tədris oluna bilər.

Tasnim xəbər agentliyinin məulmatına əsasən, iyulun 16-da Şərqi Azərbacan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi vilayətin Təhsil Şurasının iclasında ana dilinin tədrisi haqqında daha əvvəl sabiq təhsil naziri ilə danışdığını deyib.

Şərqi Azərbaycan valisinin sözlərinə görə, keçmiş təhsil naziri mövzu ilə əlaqədar layihə hazırlandığını bildirib.

“Bəzi məktəblər yeni təhsil ilinin başlaması ilə bərabər həftədə ən az iki saat ana dilinin tədrisi, grammatika və türkcə şeir üçün zaman ayırsınlar”, o deyib.

Vali “etnosentrist” adlandırdığı bəzi şəxslərin bu məsələdən sui-istifadə etdiklərini və ana dilinə diqqət yetirməklə bu fürsəti onların əlindən alacaqlarını bildirib.

“Təbriz Universitetində türk dili bölümü açılıb və heç bir problem ortaya çıxmayıb. Məktəblərdə də heç bir problem olmadan tədris olina bilər” - deyə, Şərqi Azərbaycan valisi bəyan edib.

İranda sentyabrın 23-də yeni təhsil ili başlayır, ancaq məktəblərdə tədris olunacaq dərsliklərin haqqında hələ heç bir məlumat açıqlanmayıb.

İranda türklər, kürdlər, ərəblər və bəluçların yaşamasına baxmayaraq, məktəblərdə yeganə rəsmi dil olan fars dili tədris olunur.

Ancaq İran İslam Respublikasının konstitusiyasının 15-ci maddəsində etnik icmalarının dillərinin tədrisi məktəblərdə “azad” ifadə olunmuşdur.

“İran xalqının rəsmi və müştərək dili farscadır. Sənədlər, rəsmi mətnlər və dərsliklər bu dildə olmalıdır. Lakin mətbuatda və kütləvi informasiya vasitələrində yerli və etnik dillərin istifadəsi və məktəblərdə ədəbiyyatlarının tədrisi fars dili ilə bərabər sərbəstdir" - deyə, İran İslam Respublika konstitusiyasının 15-ci maddəsində qeyd olunur.

İran Azərbaycanında türk dili hüquqlarını müdafiə edən fəallar sistemə qarşı təbliğat aparmaq və milli təhlükəsizliyə qarşı fəaliyyət kimi ittihamlarla uzun müddətli həbslərə məruz qalırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG