Accessibility links

Əlirza Fərşi apellyasiya məhkəməsinə çağırılıb


Əlirza Fərşi
Əlirza Fərşi

Türk dil hüquqları mudafiəçisi Əlirza Fərşi Tehran Apellyasiya Məhkəməsinə çağırılıb.

Bu haqda Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyi məlumat yayıblar.

İlkin məhkəmədə 15 il həbs və iki il sürgün cəzasına məhkum olan güneyli fəal iyunun 23-də Tehranın Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinə çağırılıb.

21 fevral 2017 ilində İranda türk dilinin tədrisini tələb etməklə bağlı fəaliyyət göstərən Əlirza Fərşi, Tehranın inqilab məhkəməsi tərəfindən 15 il həbs və iki il İranın cənub bölgəsində yerləşən “Xuzestan” vilayətində sürgün həyatı keçirməklə məhkum edilmişdi.

Amnesty International daha əvvəl yaydığı bəyanatda Əlirza Fərşinin "barışcıl yollarla" dil hüquqlarını müdafiə etdiyini və azlıqların hüquqlarını müdafiə etməyin qanunsuzluq olmadığını qeyd edib.

Türk dil haqları fəalı 2014 və 2015-ci illərində "dünya ana dili günü münasibəti ilə Tehranda bir evdə keçirilən mərasimdə iştirak etmək", "Dünya ana dili günü münasibəti ilə bağlı digər şəhərlərin fəalları ilə əlaqəyə keçərək tədbir keçirməyə çalışmaq", "türk dilində təhsil tələbinə dair imza kampaniyası təşkil etmək" və "UNESCO-nun baş direkrtoruna məktub yazaraq Tehranda ana dili günündə dövlətdən mərasim keçirmə icazəsini almaq üçün yardım tələb etmək" kimi dinc və mədəni fəaliyyətləri ittiham kimi qeyd edərək, məhkəmə tərəfindən həbs və sürgünə məhkum edilmişdi.

Amnesty International təşkilatı 2018 ilində yayımladığı bir bəyanatda Əlirza Fərşinin hökmünün ləğv edilməsini tələb etmişdi. Beynəlxalq qurumun bəyanatında fəalın “barışcıl yollarla" dil hüquqlarını müdafiə etdiyini və azlıqların hüquqlarını müdafiə etməyin qanunsuzluq olmadığını qeyd edilmişdi.

XS
SM
MD
LG