Accessibility links

Şərqi Azərbaycan vilayətində koronavirusun Britaniya variantı aşkar edilib


Təbriz
Təbriz

İran xəbər agentlikləri COVİD-19 virusunun mutasiyaya uğramış və yüksək yoluxucu qabiliyyəti olan Britaniya variantının Şərqi Azərbaycan vilayətində aşkar edildiyinə dair xəbər yayıb.

Bu barədə mediaya məlumat verən Şərqi Azərbaycan vilayətinin səhiyyə xidmətinin rəhbəri doktor Məhəmməd Hüseyn Somi mutasiya olmuş virusla bağlı vəziyyətin diqqətlə izlənildiyini bildirib.

“Mutasiyaya uğramış koronavirusun aşkar edildiyi ilk xəstə Əhər şəhərində evində izolasiya olunub. Bu vəziyyətdə, əhalidən gigiyena və sağlıq protokollarına daha ciddi riayət etmələrini gözləyirik,” doktor Somi söyləyib.

Yarı-rəsmi Mehr agentliyinin bildirdiyinə görə, mutasiyaya uğramış virusun aşkar edildiyi şəxs bu yaxınlarda İraq səfərindən qayıdıb.

Təbriz Tibb Universiteti koronavirusun Britaniya variantının yayılma sürəti və öldürmə ehtimalının daha yüksək olduğunu açıqlayıb.

İLNA agentliyinə istinadən, koronavirusun Briyaniya variantının ölkəyə girməsini önləmək mqəsədilə İraq vətəndaşlarının Qərbi Azərbaycan sərhədindən İrana girişi 21 fevral bazar günündən etibarən ən az iki həftə müddətinə dayandırılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG