Accessibility links

Şərqi Azərbaycan vilayətində milli fəallar kəşfiyyat idarəsinə çağırılıb


Türk fəallar Hamid Yeganəpur və Məhəmməd Abbaspur bazar günü Şərqi Azərbaycan vilayətinin Marağa şəhərindəki kəşfiyyat idarəsinə çağırılaraq dindiriliblər.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, Yeganəpur və Abbaspur kəşfiyyat məmurları tərəfindən təhdid edildiklərini söyləyiblər.

İki fəalın bir neçə saat sorğu-sual edildikdən sonra sərbəst buraxıldığı bildirilir.

Sosial media və internet portallarında yayılan xəbərlərə görə, son vaxtlar Marağa şəhərində fəaliyyət göstərən milli fəallara qarşı basqılar artıb.

Güney Azərbaycan Televiziyası (Günaz TV) həmçinin Davud Əzimzadə və adları bəlli olmayan bəzi fəalların da təhlükəsizlik qurumuna çağırıldığını bildirib.

Hamid Yeganəpur və Davud Əzimzadə göstərdikləri fəaliyyətlər səbəbilə keçən illərdə də təhdid və basqılara məruz qalıblar. Əzimzadə daha əvvəl Təbriz və Marağa həbsxanalarında saxlanılıb.

Şərhlərə bax

XS
SM
MD
LG