Accessibility links

Mehdi Kuxiyan: Həyatım təhlükədə olduğu üçün İranı tərk etdim


Sabiq siyasi məhbus Mehdi Kuxiyan Amerikanın Səsi ilə söhbətdə 2012-ci ildən bəri İran Azərbaycanında dəfələrlə məruz qaldığı həbs, işgəncə və təhlükəsizlik qüvvələrinin basqıları haqqında danışıb. Türk fəal bu yaxınlarda ölkəni tərk edib və hazırda Almaniyada qaçqın həyatı yaşayır.

Mehdi Kuxiyan: Həyatım təhlükədə olduğu üçün İranı tərk etdim
please wait

No media source currently available

0:00 0:12:47 0:00

Kuxiyan İranı tərk etmədən əvvəl xüsusilə millət vəkili Salman Xudadadinin təcavüzünə uğradığını söyləyən və daha sonra gözlənilməz bir şəkildə həyatını itirən Zəhra Nəvidpur haqda yayımladığı xəbərlər səbəbilə İranın təhlükəsizlik qurumunun basqılarına məruz qalmışdı.

Mehdi Kuxiyan minlərlə istifadəçinin izlədiyi “Xəbər Şəhəri Məlikan” adlı Telegaram kanalını idarə edir. Keçən il gözlənilməz ölümü ilə İranda geniş əks-səda doğuran Zəhra Nəvidpur haqqında ilk xəbərlər Kuxiyan vasitəsilə həmin kanaldan yayılmışdı.

Mehdi Kuxiyan bir neçə ildir minlərlə istifadəçinin izlədiyi “Xəbər Şəhəri Məlikan” adlı Telegaram kanalını idarə edir. 2019-cu ilin yanvar ayında gözlənilməz ölümü ilə İranda geniş əks-səda doğuran Zəhra Nəvidpur haqqında ilk xəbərlər Kuxiyan vasitəsilə həmin kanaldan yayılmışdı.

“Zəhra Nəvidpur Məlikanlı (Şərqi Azərbaycan vilayəti) bir qadın idi ki, millət vəkili Salman Xudadadiyə müraciət edib ondan iş istəmişdi. Sonra bu adam onu Tehrandakı ofisinə çağırıb və orada ona təcavüz etmişdi. Nəvidpur sonra Xudadadidən şikayət etdi. Məclisə və hər yerə əl uzatdı amma səsi eşidilmədi. Mənim Telegram kanalım var idi. Gəldi və məsələni açıqladı. Mən də onun durumunu yaydım və insan haqları qurumlarına bildirdim. Bunlar (təhlükəsizlik qüvvələri) bilirdilər ki, mən yaymışam. Amma əllərində bir sənəd yox idi ki, məni tutub və ittiham vursunlar. Amma, əllərində mənim daha əvvəl məhkum olduğum 18 ay həbs hökmü ilə bağlı saxlama qərarı var idi. O bəhanə ilə məni tutdular.”

O, həmin dönəm yalan etiraf etmək üçün təhlükəsizlik qüvvələrinin ağır basqı və təhdidlərinə məruz qaldığını bildirir:

“Məni apardılar təhlükəszlik həbsxanasına sorğu-suala. Bunlar məndən istəyirdilər ki, ‘sən boynuna al ki, düşmənçilik üçün bu xəbərləri yayıbsan. Biz də sənə yardım edərəik. Həbsini bağışlayarıq. Sənə maddi yardım edərik.’ Mən qəbul etmədim. Xəbərim yoxdur dedim. Marağa həbsxanasına göndərildikdən sonra orada saxlanıldığım dönəmdə də həbsxananın təhlükəsizlik qurumunun vasitəsilə gəlib deyirdilər ki, ‘nə oldu, bizimlə əməkdaşlıq etmək üçün fikirləşdin ya yox?’”

Siyasi fəal əlavə edir ki, “mən Marağa həbsxanasında 5 aya yaxın həbsdə qaldım. Millət vəkili ilə bağlı yaydığım xəbərlər üzündən üstümdə təhlükəsizlik qüvvələrinin çox basqısı var idi... Həbsxanada aclıq aksiyası keçirdim. Sonra mülki zəmanətlə məzuniyyətə çıxdım. Məzuniyyətə çıxdıqdan sonra basqılar üzündən və hayatımın təhlükədə olduğu üçün İrandan çıxdım və qaçaq yollarla gəldim çatdım Almaniyaya.”

Zəhra Nəvidpur sonra millət vəkilindən şikayət etdi. Məclisə və hər yerə əl uzatdı amma səsi eşidilmədi. Mənim Telegram kanalım var idi. Gəldi və məsələni açıqladı. Mən də onun durumunu yaydım və insan haqları qurumlarına bildirdim.
Mehdi Kuxiyan

Mehdi Kuxiyan 2012, 2013 və 2016-cı illərdə də dəfələrlə nəzarət altına alınıb və fərqli dönəmlərdə məhkum olduğu həbs müddətini Şərqi Azərbaycan vilayətində Marağa şəhərinin həbsxanasında keçirib. O, həmin illərdə “rejimə qarşı təbliğat”, “ali ruhani lideri aşağılamaq”, “milli təlükəsizliyə qarşı fəaliyyət”, “ictimai rəydə təşviq yaratmaq” və “böhtan və yalan xəbər yaymaq” kimi ittihamlarla mühakimə edilib.

“Mən dəfələrlə tutulmuşam. İlk dəfə 2012-ci ildə tutuldum. Sepahın (İslam İnqilabı Qvardiyası) təhlükəsizlik qurumu tərəfindən tutuldum. Fəaliyyətlərimin bir sırasını bilmişdilər. Şəhərdə rejimə qarşı divar yazmalar, Urmiyə gölü ilə bağlı divar yazmalar və plakatlar hazırlamaq. Bir də Vərziqan, Qaradağ bölgəsində zəlzələ olmuşdu. Oraya 14 maşına yaxın yardım toplamışdıq. Ki bundan da acıqlı idilər. Gəldilər mənim ‘Turkcell’ adlı telefon mağazım var idi, onu da bağladılar. 40 günə yaxın möhürləndi,” deyə siyasi fəal qeyd edir.

O həmçinin müxtəlif dövrlərdə Kəşfiyat Nazirliyi və Sepahın təhlükəsizlik həbsxanalarında məruz qaldığı basqı və işgəncələr haqqında Amerikanın Səsinə məlumat verib:

“Məmurlar məni döydülər. Yəni qolum zadım çatladı, sınan kimi oldu. Bibər sprey vurdular üzümə... təkadamlıq kamerada saxladılar... Ruhi işgəncəyə çox məruz qalırdım.”

XS
SM
MD
LG