Accessibility links

Şərqi Azərbaycanda iqtisadi inkişaf ölkə ortalamasından aşağıdır


Şərqi Azərbaycan vilayətinin İdarəetmə və Planlaşdırma İdarəsinin sədri vilayət iqtisadiyyatının inkişafının geridə qaldığını bildirib.

Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

Vilayətin İdarəetmə və Planlaşdırma İdarəsinin sədri Davud Behbudi Şərqi Azərbaycan vilayətinin inkişafının tarixi geriiləmə ilə üzləşdiyini və ölkənin inkişaf yolundan çıxdığını açıqlayıb.

Davud Behbudi
Davud Behbudi

O, bunları təşkilat müdirlərinin İran parlamentində Təbriz deputatı Ruhulla Mütəfəkkir-azad ilə keçirilən iclasda bəyan edib.

Davud Behbudi vilayətin mövcud iqtisadi, sosial və mədəni göstəricilərinin təhlilini təqdim edərkən deyib ki, vilayətdə mövcud olan əsas sənaye əski və köhnəlmiş durumdadır. “Vilayətdə az sayda yüksək texnologiya sənayesi var və indiki sənaye əsasən köhnədir” - deyə, rəsmi bildirib.

Rəsmi vilayətin iqtisadi inkişafının ölkə ortalamasından daha aşağı olduğunu da bildirib. Behbudi Şərqi Azərbaycanın geridə qalmasının səbəblərini izah edərək, vilayətin daxili məsələləri ilə yanaşı paytaxtın vilayətə laqeyd olmasının Şərqi Azərbaycanda iqtisadiyyatın inkişafına maneəsi kimi qiymətləndirib.

Vilayətin İdarəetmə və Planlaşdırma İdarəsinin sədri deyib ki, Tehrana yaxın vilayətlər inkişaf yolunda normal şəkildə irəliləyirlər.

“İranın inkişaf sistemi mərkəz-ətraf modeli üzərində davam edir və bütün inkişaf etmiş vilayətlər mərkəzə yaxınlıqdan birbaşa və ya dolayı yolla faydalanırlar."

Behbudi Şərqi Azərbaycanın coğrafiya baxımından tranzit üçün əlverişli olduğuna deyərək qeyd edib ki, hal-hazırda artıq bu üstünlükdən də faydalanmaq mümkün olmur.

“Şərtlərin dəyişməsi və eyni zamanda ölkənin xarici ticarət tərəfdaşlarının dəyişməsi ilə bu imkanlar vilayətdən alınmışdır,” o bəyan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG