Accessibility links

İran Azərbaycanının Tufarqan şəhər meri həbs edilib


İran xəbər agentlikləri Şərqi Azərbaycan vilayətində Tufarqan (Azərşəhr) şəhərinin meri və Şəhər Şurası başqanının saxlanıldığına dair məlumat yayıb.

Azərşəhr Ədliyyəsinin başqanı bələdiyyə və şəhər şurasında “böyük korrupsiya işi” ilə əlaqədar şəhərin meri və şəhər şurası daxil olmaqla, dörd nəfərin müvəqqəti olaraq nəzarət altına alındığını açıqlayıb.

Yarı-rəsmi Mehr agentliyinin bildirdiyinə görə, Tufarqan Bələdiyyəsində korrupsiya və maliyyə pozuntuları ilə bağlı təhqiqat Kəşfiyat Nazirliyi və Tufarqan Prokurorluğu tərəfindən aparılıb.

Tufarqan şəhərinin meri bir müddət əvvəl də nəzarət altına alınıb, amma sərbəst buraxıldıqdan sonra yenidən vəzifəsinə qayıtmışdı. Ədliyyə başqanı Yaqub Şahazpurun bildirdiyinə görə, yeni həbslər fərqli və yeni bir işlə əlqədar həyata keçirilib.

Son bir neçə ildə İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Tehran və “Kohgiluyə və Boyer-Əhməd” kimi vilayətlərinin bəzi bələdiyyələrində həbslər baş verib.

2016-cı ildən bəri gündəmdə olan Təbriz Bələdiyyəsi və Şəhər Şurasında korrupsiya ilə əlaqədar Təbrizin sabiq meri daxil olmaqla, onlarla bələdiyyə müavini, müdir və şəhər şurası üzvü saxlanılıb. Təbriz Şəhər Şurasının sədri Şəhram Dəbiri isə keçən iyun ayında nəzarət altına alınıb bir müddət sonra sərbəst buraxılıb.

XS
SM
MD
LG