Accessibility links

Urmiyə bələdiyyəsində korrupsiya ilə bağlı 7 nəfər həbs edilib


Urmiyə bələdiyyəsində korrupsiya və maliyyə pozuntuları ilə əlaqədar bir neçə vəzifəli şəxs nəzarət altına alınıb.

İranın yarı-rəsmi Mehr xəbər agentliyi tutulanlar arasında bir neçə bələdiyyə müdirinin olduğunu dair məlumat yayıb. Agentlik indiyə qədər 7 nəfərin saxlandığını bildirib.

“Urmiyə Şəhər Şurasının sözçüsü Hüseyin Pənahi bildirib ki, müdirlər və digər vəzifə şəxslər keçən bir neçə həftə ərzində inzibatı nəzarət qurumları tərəfindən saxlanılıblar,” agentliyin xəbərində dərc edilib.

Pənahinin sözlərinə görə, məhkəmə qurumu yaxın zamanda Urmiyə bələdiyyəsində baş verən maliyyə pozuntuları ilə bağlı məlumat verəcək.

Son bir neçə ildə İranın Şərqi Azərbaycan, Zəncan, Tehran və “Kohgiluyə və Boyer-Əhməd” kimi vilayətlərin də bəzi bələdiyyələrində həbslər baş verib.

Keçən aylarda Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində də bələdiyyə və şəhər şurasında rüşvət və korrupsiya halları ilə bağlı şəhər şurasının əksər üzvlər daxil bir neçə vəzifəli şəxs nəzarət altına alınıb.

2016-cı ildən bəri gündəmdə olan Təbriz Bələdiyyəsi və Şəhər Şurasında korrupsiya ilə əlaqədar Təbrizin sabiq meri daxil olmaqla onlarla bələdiyyə müavini, müdir və şəhər şurası üzvü saxlanılıb. Təbriz Şəhər Şurasının sədri Şəhram Dəbiri isə keçən iyun ayında nəzarət altına alınıb bir müddət sonra sərbəst buraxılıb.

XS
SM
MD
LG