Accessibility links

Şapur Ənsari: İranda türklər şovinist qaydalara adət edib


Şapur Ənsari, güneyli alim, cərrah
Şapur Ənsari, güneyli alim, cərrah

Şapur Ənsari Milli Hökümətin irsi haqqında danışır [İkinci Bölüm]

“İstəyirlər uşaq qorxsun, utansın, özünü kiçik hiss etsin ki, türkcə danışmasın. Amma biz milli hökümət dönəmində bu dili fəxrlə oxuyurduq,” güneyli alim və cərrah Amerikanın Səsinə müsahibədə dilə gətirir.

Şapur Ənsari şovinizm haqda danışır
please wait

No media source currently available

0:00 0:13:09 0:00

Şapur Ənsaridən əlavə Azərbaycan Milli Höküməti dönəmində qısa müddətlik də olsa türk dilində təhsil almış digər ziyalıların da bir çoxu Seyyid Cəfər Pişəvəri və Demokrat Firqəsinin reformlarını yüksək qiymətləndirirlər.

Azərbaycan o qədər xəsarət alıb, o qədər qurbanlıq verib ki, sonunda bir sıra insanlar təslim olub. Əllərini qaldırıb və deyirlər, mən hər nəyi qəbul edərəm, uşağıma da farsca ad verərəm.

Əslən türk icmasına mənsub olan, fars ədəbiyyatının iki görkəmli fiquru Qulamhüseyn Saidi və Rza Bərahəni dəfələrlə öz yazılarında həmin dövrdən qürur və ehtiramla yad ediblər.

Amma, Şapur Ənsari təsdiq edir ki, İran Azərbaycanında tam əks düşüncəyə sahib olan bir çox ziyalı da mövcuddur.

O hesab edir ki, İran Azərbaycanında bir çox insan mövcud vəziyyətə adət edərək bunun normal olduğunu düşünür. Çoxları sonda təslim olmağı seçir.

Şapur Ənsari nümunə olaraq tanıdığı başqa bir həkimlə söhbətini anladır: “O da milli hökümət dönəmini görüb... İndi çox pul qazanıb. Mənə dedi ki, ‘bunları burax! Nə oldu? Türk dilində oxumadıq, özgə dildə oxuduq. Olsun da! Get pul qazan..!’

Ənsari əlavə edir, “bunun yanında türkləri təhqir edirlər, bir şey demir. Deyir, sağa dönürsən, sola dönürsən bu təhqir var da. Mən ölkənin tamamilə mübarizə edə bilmərəm ki. Deyir, hər nə olur olsun, mən öz həyatımı yaşayım. Mənə nə?”

“Bunlar bir növ təslim olublar. Əksəriyyət mövcud şəraitə təslim olub,” güneyli alim ifadə edir.

Bir dönəm Amerikada qaradərililər o sistemi qəbul etmişdilır. Bir ağ gələndə bunlar yerini ona verməli idilər. Buna adət etmişdilər... İranda da belədir. Qayda-qanunu görüb adət edir, deyir normalı elə budur.

Onun sözlərinə görə, “təəsüf ki, Azərbaycan tarixindəki mübarizələrdə, Səttar Xan, Xiyabani və Pişəvəri dönəmində, bunlar o qədər xəsarət alıblar, o qədər qurbanlıq veriblər ki, sonunda bir sıra insanlar təslim olub. Əllərini qaldırıb və deyirlər, mən hər nəyi qəbul edərəm, uşağıma da farsca ad verərəm...”

Şapur Ənsari İran Azərbaycanında həmçinin bir çox insanın mövcud vəziyyətə adət etdiyini deyir.

“Bir dönəm Amerikada qaradərililər o sistemi qəbul etmişdilır. Məsələn, avtobosda, bir ağdərili ayaq üstə olanda bunların haqqı yox idi otursun. Bir ağ gələndə bunlar yerini ona verməli idilər. Buna adət etmişdilər. Deyirdilər bəs bu normaldır. İranda da belədir. Qayda-qanunu görüb adət edir, deyir normalı elə budur.”

XS
SM
MD
LG