Accessibility links

Əfsanə Sevigin: Qadının səsini basqılar və qadağalarla boğa bilmirlər


Əfsanə Seviginin sözlərinə görə, İranda qadınlar həm toplum, həm də hakimiyyət tərəfindən kişilərlə müqayisədə qat-qat ağır basqılara məruz qalırlar, amma onlar bütün təzyiqlərə baxmayaraq, səslərini yüksəltmək üçün ən kiçik fürsətləri dəyərləndirirlər. Türk fəal Amerikanın Səsi ilə söhbətdə son vaxtlar İran Azərbaycanında qadın fəallara qarşı basqılar haqqında danışıb.

Əfsanə Sevigin Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:55 0:00

"Küçədə baş örtüyünü çıxarıb ictimaiyyətə hicabsız görünmək” ittihamı ilə mühakimə olunan Röya Sağıri hazırda Təbriz həbsxanasında saxlanılır
"Küçədə baş örtüyünü çıxarıb ictimaiyyətə hicabsız görünmək” ittihamı ilə mühakimə olunan Röya Sağıri hazırda Təbriz həbsxanasında saxlanılır

Əfsanə Sevigin qadınlara basqılarda artım müşahidə olunduğunu deyir. "1979 İslam İnqilabından sonra qadınlara olan basqı ara-sıra sakitləşir. Amma müxtəlif bölgələrdə mübarizə səsi yüksələndə istər-istəməz qadınların nəzarət altına alınma, habelə həbs və işgəncəyə məruz qalma halları da artır," o bildirir.

Toplumun qadına verdiyi cəzalar var. Qadın geyimi, danışığı və davranışları ilə toplum tərəfindən incələnir, mühakimə olunur və cəzalanır. Bir də hökümət tərəfindən verilən cəzalar var.

Sevigin xüsusilə İran Azərbaycanında qadınların daha ağır basqılara məruz qaldığını önə çəkir:

“Bizim qadınlarımız İranın başqa bölgələrindəki qadınların iki qatı mübarizə edirlər. Birisi, milli məsələ üzrə mübarizədir. İkincisi isə, ictimai məsələ. Təəssüf ki, milli mübarizə ilə siyasi-ictimai mübarizə çox zaman bir-birindən ayrılır... Könül istərdi qadınların siyasi-ictimai məsələləri milli məsələmizin içərisində əsas yer alsın.”

Seviginin dediklərinə görə, qadınlar həm toplum, həm də hakimiyyət tərəfindən kişilərə nisbət daha ağır basqılara məruz qalsalar da, hər fürsətdən səslərini yüksəltmək üçün istifadə edirlər.

“Toplumun qadına verdiyi cəzalar var. Qadının geyimindən tutmuş, danışığı və bütün davranışları toplum tərəfindən incələnir, mühakimə olunur və cəzalanır. Bir də hökümət tərəfindən verilən cəzalar var. Hər ikisində qadına verilən cəzaya kişiyə verilən cəzaya görə daha ağırdır. Çünki, qadınların azadlığı daha məhduddur, daha çərçivəlidir və daha azdır,” deyə Əfsanə Sevigin bəyan edir.

O deyir, “bütün bu basqılara baxmayaraq qadının səsini boğa bilmirlər.”

Qadınlar "Səni Deyirlər" mahnı kampaniyasına qatılaraq qadağalara meydan oxuyurlar
Qadınlar "Səni Deyirlər" mahnı kampaniyasına qatılaraq qadağalara meydan oxuyurlar

“Qadınlar ən kiçik fürsəti dəyərləndirərək öz səslərini çatdırmaq istəyirlər. Misal üçün Səni Deyirlər mahnısı yeni mahnı deyil. Amma bu dəfə tabular elə qırıldı ki, 7-dən 77-yə Güney Azərbaycanın içərisində və İranın digər bölgələrində türklər bu mahnı ilə şənlik edirlər, rəqs edirlər. Qadının səsini boğa bilmirlər... Bunların səsi və sayı çoxalanda, rejim də hamını kontrol altına ala bilməz,” Əfsanə Sevigin əlavə edir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG