Accessibility links

Əfsanəvi “Route 66” magistralı


Əfsanəvi “Route 66” magistralı
please wait

No media source currently available

0:00 0:04:43 0:00

Əfsanəvi “Route 66” magistralı

“Kaliforniyaya çatanadək dözsək, sağ qalacağıq.” Tanınmış yazıçı Con Steynbekin “Qəzəb salxımı” əsərinin qəhrəmanının bu sözləri keçən əsrin 30-cu illərində ABŞ-ın şərqini bürümüş depressiyadan canını qurtarmaq istəyən on minlərlə insanı çox gözəl təsvir edir.

Daha gözəl günlər üçün həyatlarını riskə ataraq, günəşli Kaliforniyaya gedən insanlar həmin dövrün ən cəsarətliləri idi. Bu dövrün sərgüzətşlər və azadlıq ruhunu tərənnüm edən simvollardan biri isə Çikaqodan başlayaraq, Kaliforniyanın Sakit okean sahilində yerləşən Santa Montikaya qədər uzanan Route 66 magistralıdır.

Route 66 bu yolun üzərində yerləşən icmalar üçün həyati əhəmiyyət kəsb edirdi. ABŞ böyük depressiyasından sonra yeni həyat üçün qərbə üz tutan amerikalılar bu yolun kənarında yerləşən dükanlar, restoranlar və yanacaq doldurma məntəqələrinin əsas gəlir mənbəyi idi.

“Amerikanın əsas yolu” və ya “Yolların anası” adlanan Route 66 1926-cı ildə əsası qoyulub. Lakin 1970-ci illərdə daha rahat magistralların çəkilməsi ilə Route 66 əhəmiyyətini itirdi, 1985-ci ildə isə 4000 kilometrlik magistral fəaliyyətini tam dayandırdı.

Amma bununla səkkiz ştatı birləşdirən magistralın əfsanəsi sona çatmadı. Route 66 üzərində yaşayan insanlar müxtəlif obyektlərə turistləri cəlb etməyin çox yaradıcı yollarını kəşf etməyə başladılar. İndi Route 66 nəinki Amerikada, bütün dünyada tanınan bir brendə çevrilib.

Bunu Albukerkenin mərkəzi küçələrində gəzəndə, yolun kənarındakı binalara, qraffitilərə baxanda hiss edirsən. Yeri gəlmişkən, Albukerke şəhərinin mövcud olmasının səbəbi elə Route 66-dır. Bu şəhər uzun yoldan yorğunluqlarını almaq istəyən səyahətçilərin qida üçün dayandığı, istirahət etdiyi, gecələdiyi əsas şəhərlərdən biri idi.

Amma Route 66 ilə bağlı şəhərdə gördüklərimiz bizə kifayət etmədi və tarixi magistralın qalıqlarını görmək üçün şəhərdən 50 kilometr məsafə qət etməli olduq.

Magistral uzun zaman istafədə edilmədiyindən, yolun böyük hissəsi tamamilə məhv olub. Route 66-nın yalnız bəzi kiçik hissələri qalıb və turistlər onları tapmaq üçün xeyli əziyyət çəkməlidirlər. Amma həmin tarixi “66” işarəsi ilə şəkil çəkdirənlər deyirlər, buna vaxt və enerji sərf etməyə dəyər.

XS
SM
MD
LG