Accessibility links

Əjdər Tağızadə: ABŞ qeyri-fars millətləri görməzdən gəlməyəcək [Audio-Müsahibə]


Əjdər Tağızadə

Əjdər Tağızadə hesab edir ki, ABŞ rəsmilərinin İrandakı mövcud hakimiyyətə müxalif olan müəyyən qrupların nümayəndələri ilə görüşlər keçirməsi, digər qruplarla görüşməyəcəyi anlamına gəlməz. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) təşkilatının sədri Amerikanın Səsi ilə söhbətdə keçən aylarda formalaşan Güney Azərbaycan İstiqlalçılar Birliyinin hazırki siyasi durumla əlaqədar yürütdüyü siyasət və fəaliyyətləri haqqında danışıb.

Əjdər Tağızadə Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:54 0:00

“İranda millətlərin hamısı bu rejimdən qurtulmaq istəyir. Farslar da qurtulmaq istəyir. İqtisadi durum ağırdır. Pul yoxdur. Korrupsiya və rüşvət var. Qaçaqaç çoxalıb,” deyə Əjdər Tağızadə İrandakı siyasi-iqtisadi vəziyyəti təsvir edir.

Çalışılır belə göstərilsin ki, hər şey bitmiş və müəyyən qrupları İranda hakimiyyətə gətirirlər.
Əjdər Tağızadə

Onun söylədiklərinə görə, İstiqlalçılar Birliyi yeni siyasi vəziyyətə təsir göstərmək üçün həm İranın qeyri-fars cəmiyyətlərini təmsil edən təşkilatlar həm də Qərb ölkələrinin rəsmiləri ilə münasibət qurmağa çalışır.

Xalqın Mücahidləri təşkilatının nümayəndləri habelə İranın son şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin bəzi Amerikalı siyasətçilərlə görüşmələrinə diqqət çəkən Əjdər Tağızadə, bunun ABŞ rəsmilərinin digər qruplarla görüşmədiyi anlamına gəlmədiyini vurğulayır:

“Çalışılır belə göstərilsin ki, hər şey bitmiş və müəyyən qrupları İranda [hakimiyyətə] gətirirlər. Bu belə getməz. Amerikalılar bunu bir zamanlar Əfqanıstan və İraqda etdilər... Amma Amerikada hər şey bu formada olmur. Orada siyasətin bir tərəfi yoxdur. Bizim də əlaqələrimiz var. Belə deyil ki, amerikalılar İranda millətləri görməzdən gələlər.”

Tağızadə əlavə edir, “artıq amerikalılar bilir ki, İranda millətlərin hamısı bu rejimdən qurtulmaq istəyirlər.”

XS
SM
MD
LG