Accessibility links

Əjdər Tağızadə: Güneydə artıq İslam Respublikasının məzhəb təbliğatına etibar edilmir [Audio-Müsahibə]


Əjdər Tağızadənin sözlərinə görə, İranın daxilində və xaricində müxtəlif qruplar İslam Respublikasının devrilməsi təqdirində İranın da bölünməsindən qorxurlar. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) təşkilatının sədri Amerikanın Səsi ilə söhbətdə İran İslam Respublikasının daxil və xaricdə üzləşdiyi problemlər və böhranları şərh edir.

Əjdər Tağızadə Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Tağızadə həmçinin, son vaxtlar İran Azərbaycanından Tehran Beynəxalq Kitab Sərgisinə qatılan bir türk nəşriyyatının pavilyonuna hücumlar, habelə İran qəzetlərində “anti-türk propaqandalarının” artması ilə bağlı düşüncələrini açıqlayıb.

Xomeyni-Səddam savaşında dini şüarlar səsləndirirdilər ki, ay Kərbəla əldən gedir! Camaata cənnət vədi verirdilər. Amma bu millət o günki millət deyil.

Onun söylədiklərinə əsasən, İran hakimiyyətinin hərtərəfli basqısına məruz qalan türklər artıq keçmişdə olduğu kimi İslam Respublikasının məzhəb üzərindən yürütdüyü siyasətinə də etibar etmirlər.

“Son zamanlarda həm rejimin aparıcı şəxsləri, həm də xaricdəkilər deyirlər ki, hadisələr belə inkişaf etsə, təkcə bu hakimiyyət aradan getməyəcək və İran parçalanacaq... Bunlar parçalanmaqda qeyri-fars millətləri, xüsusilə türkləri qəsd edirlər. Bilirlər ki, Azərbaycan kül altında közdür,” Əjdər Tağızadə söyləyir.

O deyir ki, indi Azərbaycanda heç bir təbəqə vəziyyətdən razı deyil. “Fəhlə, müəllim, həkim, kəndli, tələbə və qadın yəni, heç kəs razı deyil. Millət olaraq da razi deyil. Azərbaycanda məsələlər bir-birinin üstünə qalanmış. Elə bir yerə gətirib çıxarırlar ki, biz gərək düşüb yalvaraq, and içək ki, biz türkük və bura Azərbaycan torpağıdır.

Milli fəalın fikrincə, İran-İraq müharibəsinin baş verdiyi dövrdən bu günə qədər çox şeylər dəyişib:

Azərbaycanda heç bir təbəqə vəziyyətdən razı deyil. Millət olaraq da razi deyil. Elə bir yerə gətirib çıxarırlar ki, biz gərək düşüb yalvaraq, and içək ki, biz türkük və bura Azərbaycan torpağıdır.

“Xomeyni-Səddam savaşında dini şüarlar səsləndirirdilər ki, ay Kərbəla əldən gedir! Camaata cənnət vədi verirdilər. Amma bu millət ogünkü millət deyil. Bu gün gənclər hər şeyi bilir. Buna görədir ki, rejim əl qoyur internetə, Telegramı qapadır... İndi müharibə olsa, camaatın çörəyini və özünü hədələməklə apara bilərlər. Lakin bizim millət ümumiyyətlə İsrail ya Amerika və ya başqa heç millətlə savaşmaq istəmir.”

Əjdər Tağızadə Azərbaycan Respublikasının müasir tarixindən nümunələrə işarə edərək deyir, “Sovet basqısı altında olan Azərbaycan Respublikasından yüz minlərlə Berlinə dək getdilər. Güya vətən yolunda itdilər, öldülər. Amma həmin millət Sovetlərə qarşı çıxıb onu dağıtmadımı?”

XS
SM
MD
LG