Accessibility links

Ərdəbil vilayətində koronavirusdan ölüm halları rekord həddə çatıb


Ağır qar yağıntısından sonra qışın ən soyuq günlərini keçirən Ərdəbil vilayətində pandemiyanın ən ölümcül günü qeydə alınıb.

Dövlət agentliyi İRNA-nın xəbərinə görə, vilayətdə bir gün ərzində COVID-19 səbəbilə ölənlərin sayı ilk dəfə 20-dən yuxarı olub.

Ərdəbil Tibb Universiteti və vilayətin səhiyyə xidmətinin rəhbəri doktor Şəhram Həbibzadənin bildirdiyinə görə, noyabr ayının 27-dən 28-ə qədər Ərdəbildə 24 saat ərzində 22 ölüm halı qeydə alınıb.

İranın səhiyyə nazirinin sözçüsü Sima Sadat Lari həmin müddətdə İranın tamamında 391 ölüm halının qeydə alındığını açıqlayıb.

Hazırda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Həmədan vilayətləri daxil olmaqla, İran Azərbaycanının əksər bölgələrinin pandemiya ilə bağlı ən pis vəziyyətdə (qırmızı vəziyyət) olduğu bildirilir.

Koronavirus pandemiyasının başlandığından bəri səhiyyə xidmətinin açıqladığı məlumatlara əsasən, bir milyon 270 min əhalisi olan Ərdəbil vilayətində COVID-19 səbəbilə 1028 ölüm halı qeydə alınıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG