Accessibility links

Qərbi Azərbaycan vilayətində bir gün ərzində koronavirusdan 21 ölüm halı qeydə alınıb


Noyabr ayının 21-dən bəri İranın müxtəlif şəhərlərində COVID-19-un yayılmasının qarşısını qalmaq məqsədi ilə hər şəhər üçün elan edilən vəziyyətə görə yeni məhdudiyyətlər tətbiq edilməyə başlayıb.

Hazırda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Həmədan vilayətləri daxil olmaqla İran Azərbaycanının əksər bölgələrində pandemiya ilə bağlı “qırmızı vəziyyət” elan edilib.

Yeni məhdudiyyətlərə əsasən, “qırmızı vəziyyət”in elan edildiyi şəhərlərdə çörəkçilər və digər ərzaq tədarükçüləri daxil olmaqla “birinci qrup məkanlar” fəaliyyətini davam etdirəcək, digər mağazalar və ictimai xidmət müəssisələri isə işləməyəcək.

İranda xidmət sektorunda fəaliyyət göstərən biznes və qurumlar COVİD-19 tədbirləri ilə əlaqədar 4 qrupa bölünüb. Ən yaxşı vəziyyətdə () olan bölgələrdə bütün qruplara fəaliyyət imkanı verilir. “Sarı” vəziyyətdə olan şəhərlərdə ikinci qrupun, “narıncı” vəziyyətdə ikinci və üçüncü qrupların, “qırmızı” vəziyyətdə isə birinci qrup xaricində bütün qrupların fəaliyyəti dayandırılır.

İranın səhiyyə nazirinin sözçüsü Sima Sadat Larinin bildirdiyinə görə, noyabrın 21-dən 22-yə qədər İranda 24 saat ərzində 475 ölüm halı qeydə alınıb. Qərbi Azərbaycan vilayətinin səhiyyə xidmətinin rəhbəri doktor Cavad Ağazadə həmin müddətdə Qərbi Azərbaycan vilayətində 21 ölüm halının qeydə alındığını açıqlayıb.

Koronavirus pandemiyasının başlandığından bəri Qərbi Azərbaycan səhiyyə xidmətinin açıqladığı məlumatlara əsasən, COVID-19 səbəbilə təqribən 2700 nəfər həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG