Accessibility links

Ərdəbil vilayətində su şirkətinin işçiləri 8 aydır maaş almayıb


su təchizatı
su təchizatı

Ərdəbil vilayətinin Xalxal şəhərində Su və Kanalizasiya Şirkəti ilə çalışan 62 işçi ən az 8 aydır əmək haqqını almayıb.

İLNA xəbər agentliyinin (Iranian Labour News Agency) bildirdiyinə görə, bu işçilər Ərdəbil vilayəti Su və Kanalizasiya Şirkətinin su təchizatı sistemlərinin təmir və xidmət işləri ilə məşğul olan “Abdar Xalxal” şirkətində çalışırlar.

İşçilər keçən aylarda gecikmiş maaş və digər hüquqlarını tələb etmək üçün dəfələrlə aksiya keçirilər. Lakın İLNA-ya danışan bir işçinin dediklərinə görə, nə podratçı şirkətdən bir cavab ala biliblər, nə də şəhər məsulları məsələyə diqqət yetirib.

“Abdar Xalxal üçün çalışan 62 işçi olaraq 10 ilə 20 il iş təcrübəsindən sonra hələ də iş, hüquq və sığorta vəziyyətimiz doğru-düzgün müəyyən olmayıb. Hüquqlarımız bir şəraitdə gecikir ki, hər şey həddindən artıq bahalaşıb. Pis bir məişət şəraitində yaşayırıq. Vilayətin Su və Kanalizasiya Şirkətindən də heç bir təpki yoxdur. Maaşlarımız, sığorta və kontraktımızın vəziyyətini müəyyənləşdirmək üçün heç bir iş görmürlər,” işçi söyləyib.

İranın ən yoxsul vilayətlərindən biri olan Ərdəbil vilayətinin bir çox sakini keçən illər ərzində iş üçün İranın mərkəzi bölgələrinə üz tutub.

İran Azərbaycanının digər vilayətləri də mühacirət səviyyəsinin ən yüksək olduğu vilayətlər arasındadır.

Daha əvvəl Amerikanın Səsinə müsahibə verən iqtisadçı Mehdi Nəimi İran Azərbaycanından ölkənin digər bölgələrinə olan mühacirət səviyyəsini “anormal” və “düşündürücü” olaraq dəyərləndirib. Nəiminin sözlərinə görə, “İran Azərbaycanının bəzi şəhərlərinin hazırkı əhalisinin təqribən iki qatı olan Tehran kimi şəhərlərə mühacirət edib.”

XS
SM
MD
LG