Accessibility links

Ərdəbildə bir neçə türk fəal məhkəməyə çağırılıb


R.Qulami, Ə.Əkbərzadə və A.Vasiqi

Keçən həftə Qərbi Azərbaycan vilayətində bir neçə türk fəalın məhkəməyə çağırılması ardından Ərdəbil İnqilab Məhkməsi də “ölkənin təhlükəsizliyini pozmaq”-da günahlandırdığı bir neçə fəala çağırış vərəqəsi göndərib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumat və çağırış vəqərəqələrinin surətinə istinadən, azı üç türk fəal Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsin' çağırılıb.

Milli fəallar Əsgər Əkbərzadə, Əli Vasiqi və Rəhim Qulami yanvarın 23-də məhkəməyə müraciət etməlidirlər.

Çağırış vərəqəsində yazılanlara əsasən, onlar “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz dəstə təşkil etmək” ittihamı ilə mühakimə ediləcəklər.

Qərbi Azərbaycan vilayətində də daha əvvəl 3 milli fəal məhkəməyə çağırılıb.

Ulduz (Mədinə) Qasımi, Əli Səttari və Cavad Əhmədidən Urmiyənin cənubunda yerləşən Sulduz (Nəğədə) məhkəməsinə müraciət etmələri istənilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG