Accessibility links

Ərdəbildə milli fəallar Vasiqi qardaşlarına azadlıq tələb edir


İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan milli fəallar şəhər divarlarında Ərdəbil həbsxanasında saxlanılan Vasiqi qardaşları üçün qrafiti çəkərək, onlara azadlıq tələb edib.

Bu barədə Güney Azərbaycan Televiziyası (Günaz TV) məlumat yayıb.

Hal-hazırda həbsdə olan iki azərbaycanlı fəal Əli və Rza Vasiqi Ərdəbil Mərkəzi Həbsxanasının 2-ci bölməsində saxlanılırlar.

Ərdəbilli milli fəal Rza Vasiqi noyabrın 4-də, qardaşı Əli Vasiqi isə noyabrın 7-də həbs edilib və onlar Ərdəbil həbsxanasına köçürülüblər.

Vasiqi qardaşları iyunun 10-da onlara İranın Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmalarına dair məhkəmə hökmü təqdim edilmədən iş yerlərində döyülərək həbs edilmişdilər.

Milli fəallar altı gün Kəşfiyyat Nazirliyinin təcridxanasında nəzarət altında qaldıqdan sonra iyunun 16-da hər biri 110 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Müvəqqəti sərbəst buraxılan Əli və Rza Vasiqinin sosial şəbəkələrdə yayılan fotolarında onların təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi və bədənlərində və üzlərindəki işgəncə izləri milli fəalların təpkisi ilə qarşılanmışdı.

Avqustun 18-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri hakim Məhdəvirad Əli və Rza Vasiqini, "gecəlik yaymaq ilə sistemə qarşı təbliğat aparmaq" və "ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək" ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Oktyabrın 5-də Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi hakim Məhdivərd tərəfindən onlara verilən hökmü azaldaraq, eyni ittihamlarla hər birisini 2 illik həbs cəzasına məhkum edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG