Accessibility links

Ərdəbildə türk fəalların evləri və iş yerlərində axtarış aparılıb


Siyasi məhbus Abbas Lisaniyə dəstək kampaniyası davam edərkən, kampaniyanın ən aktiv keçirildiyi Ərdəbil şəhərində türk fəalların evləri və iş yerləri təftiş edilir.

HRA agentliyinə istinadən, tanınmış fəala dəstək kampaniyası ilə əlaqədar ən az 5 milli fəalın evi və iş yerində təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparılıb.

Abbas Lisani yanvarın 15-də tutulub
Abbas Lisani yanvarın 15-də tutulub

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin Amerikanın Səsinə bildirdiyinə görə, türk fəallara qarşı təhqiqat Ərdəbil vilayətinin baş prokuroru Nasir Ətəbatinin göstərişi ilə başladılıb.

Hüquq müdafiəçiləri Murtaza Pərvin və Mehdi Dustdar və Rahim Novruzinin evləri, həmçinin Əli Vasiqi və Məzahir Məalinin iş yerlərinin təftiş edildiyini təsdiq edib.

Keçmiş illərlə İran həbsxanalarında saxlanılmış tanınmış türk fəal Abbas Lisaninin yenidən həbs edilməsi İran Azərbaycan və Azərbaycan Respublikasında geniş təpkilərə yol açıb.

Ərdəbil başda olmaqla, İran Azərbaycanının müxtəlif şəhərlərində duvarlara Abbas Lisaninin sərbəst buraxılmısını tələb edən posterlər asılır.

Yerli fəallar başladılan təhqiqatın həmin posterlərlə əlaqəli olduğunu önə çəkirlər.

Abbas Lisani yanvarın 5-də daha əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmənin çıxardığı 10 ay həbs hökmünün icrası üçün tutulmuşdu. Lakin bir neçə gün sonra məhkəmənin qiyabi keçirilməsinin qanunsuz olduğuna dair etirazının qəbul edilməsi ilə müvəqqəti azadlığa buraxılmışdı.

Müvəqqəti azadlıq uzun sürməyib. Türk fəal yanvarın 15-də yenidən həbs edilib. O, o gündən bəri ailəsi ilə görüşməyib və vəkillə təmin edilməyib.

XS
SM
MD
LG