Accessibility links

Əfqanıstanda 12 saat davam edən basqın 20 nəfərin ölümü ilə nəticələnib


Seorang tentara NATO (tengah) terlihat di depan lokasi hotel Spozhmai di Danau Qargha, utara Kabul, Afghanistan (22/6).
Seorang tentara NATO (tengah) terlihat di depan lokasi hotel Spozhmai di Danau Qargha, utara Kabul, Afghanistan (22/6).
Əfqanıstan rəsmiləri deyir ki, yaraqlıların paytaxt Kabil yaxınlığındakı mehmanxananı mühasirəsi 20 nəfərin ölümü ilə başa çatıb.

12 saat davam edən Spoxmay mehmanxanasının mühasirəsinə görə məsuliyyəti Taliban öz üzərinə götürüb. Rəsmilər deyir ki, ən azı 16 mülki vətəndaş, 3 hotel işçisi və 1 polis zabiti həlak olub.

Minomyotla və intihar bombaları ilə silahlanmış 5 yaraqlı dünən hotelə daxil olaraq təhlükəsizlik işçilərini qətlə yetirib və nahar edən ziyarətçilərə odlu silahdan atəş açıb.

Daha sonra yaraqlılar uşaqlar və qadınlar da daxil olmaqla bir neçə nəfəri girov götürüb. Rəsmilər deyir ki, hücum zamanı mehmanxanadı 250-dən çox insan olub. Onlardan bəzisi yaxınlıqdakı meşə və gölə qaça bilib.

Əfqanıstan təhlükəsizlik qüvvələri 40-dan çox əsiri yaraqlılardan xilas edə bilib və son yaraqlının ölümü ilə hücum sona çatıb. Əməliyyata NATO-nun hücum vertolyotları da kömək olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG