Accessibility links

İctimai Palata bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir


Public Chamber
Public Chamber

“İctimai Palatanın Koordinasiya Şurası başlanmış prosesin davam etdirilməsini, bütün vicdan və siyasi məhbusların azadlığa buraxılmasını ədalətin bərpası və ictimai maraqlar baxımından zəruri hesab edir”, - vicdan məhbuslarının azadlığa çıxması ilə bağlı İctimai Palatanın Koordinasiya Şurasının açıqlamasında deyilir.

Eyni zamanda, Koordinasiya Şurası qeyd edir ki, beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı İctimai Palatanın üzvü Şahin Həsənli və Vidadi İsgəndərli, onlarla siyasi məhbus hələ də həbsdə saxlanmaqda davam edir. “Odur ki, 9 vicdan məhbusunun azadlığa buraxılması Azərbaycanda siyasi məhbus və vicdan məhbusu probleminin həlli sayıla bilməz”, - sənəddə qeyd olunur.

Xatırladaq ki, iyunun 22-də vicdan məhbusları Arif Hacılı, Sahib Kərimov, Tural Abbaslı, Məhəmməd Məcidli, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Babək Həsənov prezidentin əfv sərəncamı ilə həbsdən azad ediliblər.
İctimai Palatanın Koordinasiya Şurası 1 il 3 aydan sonra da olsa vicdan məhbuslarının azadlığa çıxmasından məmnunluq ifadə edir. Onların hamısı 2011-ci il aprelin 2-də mitinqdə iştiraka görə həbs olunublar və bir il, üç aydan sonra azadlığa buraxılıblar.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG