Monqolustanda səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton demokratiyanı önə çəkmək və Amerika iqtisadiyyatının regionda mövcudluğunu artırmaq üçün Asiya səfərini davam etdirir.
Xanım Klinton bu gün Monqolustan paytaxtı Ulan-Batorda keçirilən Beynəlxalq Lider Qadınlar Forumunda çıxış edib.
O, iqtisadi inkişaf üçün demokratiyanın vacibliyini vurğulayaraq deyib ki, biri olmadan o birinə nail olmaq qeyri-mümkündür. Dövlət katibinin sözlərinə görə, XXI əsrdə Asiyada insanlar yalnız varlı olmağa çalışmamalıdırlar, onlar həm də azad olmalıdırlar.
Xanım Klinton habelə ölkə prezidenti Tsaxia Elbeqdorjla da danışıqlar aparıb.
ABŞ dövlət katibinin Asiya səfərinə Monqolustandan başqa Laos, Kamboca və Vyetnam da daxildir.