Accessibility links

Azərbaycanda Gənclərin İkinci Ümumrespublika Teatr festivalı işinə başlayıb AUDİO


Baku
Baku
Azərbaycanda Gəncləri İkinci Ümumrespublika Teatr festivalına başlandığını bildirən Bakı Dövlət Universitetinin professoru, Milli Məclisin deputatı Jalə Əliyeva belə bir təşəbbüslə 2011-ci ildə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxış etdiyini və keçən il iyul ayının 12-də ilk dəfə belə bir festivalın keçirildiyini dedi.

Azərbaycanda Gənclərin İkinci Ümumrespublika Teatr festifalı
please wait

No media source currently available

0:00 0:06:04 0:00
Direct link



Jalə Əliyeva keçən il keçirilən festivalın vətənpərvərlik mövzüsunda, builki festivalın isə ətraf mühitin mühafizəsi, ekologoyanın qorunması mözusunda olduğunu bildirdi.

Jalə xanım nəyə görə məhz teatr mövzusunun seçildiyi barədə suala texnologiyaların sürətlə inkişafı səbəbindən gənc nəslin teatrlara maraqının azaldığını və belə bir layihə ilə onları teatrlara cəlb etmək olduğunu dedi. O, bunun bir təbliğat vasitəsi ola biləcəyini, gənclərin vətənə, sənətə sevgi hisslərinin aşılanması məqsədi daşıdığını bildirdi.

Jalə Əliyeva bu festivalın münsiflər heyətində tanınmış yazıçılar, dramaturqlar və aktyorlarla yanaşı ekologiya üzrə mütəxəssislərin də iştirak etdiyini bildirdi. O, münsiflər heyətinin daxil olan ssenarilərə qiymət verəcəklərini və sonda seçilən ssenarilərin tamaşaya qoyulacağını dedi.
XS
SM
MD
LG