Accessibility links

Bəsar Əl-Əsədi məsciddə gördülər [Video]


Suriya prezidenti Bəşar Əl-Əsəd Ramazan bayramını qeyd etmək üçün Dəməşq məscidində bayram namazına qatılıb.

Keçən ay paytaxtdakı bomba partlayışı nəticəsində müdafiə nazirinin ölməsi və 3 ali təhlükəsizlik rəsmisinin yaralanmasından sonra cənab Əsəd ilk dəfə ictimaiyyət qarşısında peyda olub.

Bu arada, Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirir ki, hökumət qüvvələri ilə üsyançı döyüşçülər arasında qanlı döyüşlər davam edir. Qrup habelə ölkə boyu minlərlə insanın məscid və qəbiristanlıqlarda prezident Əsədi istefaya çağıran etiraz aksiyaları keçirdiyini deyib.

Dünən isə fəallar bildirib ki, ordu üsyançıların nəzarətində olan ərazilərə hava hücumu həyata keçirib. Buraya həftənin əvvəlində 40 nəfərin öldürüldüyü Qələb regionundakı Əzzaz şəhəri də daxildir.

Bəşar Əsəd məsciddə namaz qıldı
please wait

No media source currently available

0:00 0:03:44 0:00
Direct link
XS
SM
MD
LG