Accessibility links

Müsəlman dünyasında ABŞ və Fransaya qarşı etirazlar davam edir


Məhəmməd Peyğəmbəri təhqir edən ABŞ-da çəkilmiş film və Fransanın satirik jurnalındakı karikaturalara etiraz olaraq nümayişlər davam edir.

Pakistanın paytaxtı İslamabadda minə yaxın tələbənin şəhərin səfirliklər və hökumət idarələri olan ərazisinə daxil olmaq istəyərkən polislə qarşıdurma baş verdiyi, Əfqanıstanın paytaxtında isə yüzlərlə insanın keçirdiyi nümayiş zamanı Amerikaya qarşı şüarlar səsləndirildiyi bildirilir.

İran tələbələrinin Tehrandakı Fransa səfirliyi qarşısında keçirdiyi etiraz aksiyası zamanı Fransaya və Birləşmiş Ştatlara "ölüm" şüarları səsləndirilib.

Fransanın satirik Charlie Hebdo jurnalında çərşənbə günü Məhəmməd peyğəmbərin bir neçəsi lüt olmaqla, karikaturaları dərc edildikdən sonra Fransa hökuməti təhlükəsizlik səbəbilə dünyanın 20 ölkəsində səfirlikləri, konsulluqları və mədəni mərkəzlərini bağlamaq qərarına gəlib.

Müsəlman ölkələrində zorakılıqlarla nəticələnən anti-İslam filminə görə Sudan hökuməti də YouTube-a girişi əngəlləyib. Ölkənin Tele-kommunicasiya başçısı belə bir addımın hökumətinin YouTube-un sahibi Google rəhbərliyinin filmin nümayişinə qadağa barədə müraciətə cavab vermədiyi üçün atıldığını deyib.
XS
SM
MD
LG