Accessibility links

Barak Obama qalib gəldi [Fotoqalereya]

ABŞ prezident Barak Obama, birinci xanım Mişel Obama, vitse-prezident Co Bayden and ikinci xanım Cill Bayden qələbə nitqinin ardınca tərəfdarlarına əl yelləyirlər.
ABŞ prezident Barak Obama, birinci xanım Mişel Obama, vitse-prezident Co Bayden and ikinci xanım Cill Bayden qələbə nitqinin ardınca tərəfdarlarına əl yelləyirlər.
Seçki nəticələri göstərir ki, prezident Barak Obama Respublikaçı rəqibi Mitt Romnini məğlub edərək ikinci dönəm prezidentliyə vəsiqə qazanıb.

Tərəfdarları qarşısında söylədiyi qələbə nitqində Amerikanı qarşıda yaxşı gələcəyin gözlədiyini bildirib. Amerika xalqının mətanətli olduğunu qeyd edən prezident Obama belə bir millətə liderlik etdiyindən fəxarət duyduğunu bəyan edib. O, Amerikanın gələcəyinə böyük ümidlə baxdığını deyib, və amerikalıları bu ümidi paylaşmağa səsləyib.

Mitt Romni tərəfdarları qarşısında etdiyi təslim çıxışında Barak Obamanı qələbə münasibətilə təbrik etmiş və ona ölkəni idarə etməkdə uğurlar arzulamışdır.

Çikaqoda prezdentin tərəfdarları bayraqlar yelləmiş və qələbə xəbərini sevinclə bayram etmişlər. Şənliklər Obamanın tələb olunan 270 elektoral səsi udmasından sonra başlayıb.

Qələbə münasibətilə Nyu-York şəhərindəki Empire State binası Demokrat Partiyasının rəngi olan göy rəngdə işıqlandırılıb.

Son nəticələr Barak Obamanın rəqibi Romnini 303:203 elektoral nisbətində məğlub etdiyini göstərir.

Təxmin ediləın nəticələrə əsasən president Obama paytaxt Vaşinqtonda və 25 ştatda, o cümlədən həlledici döyüş meydanları sayılan Ohayo, Virciniya, Ayova, Nyu Hempşir və Pennsilvaniyada qələbə çalıb. Romni isə 23 ştatda, o cümlədən ötən seçkilərdə Obamanın qazandığı İndiana və Şimali Karolina ştatlarında qalib gəlib.

ABŞ-da prezident seçkilərinin nəticələri birbaşa səsvermənin nəticələri ilə deyil, ştatların əhalisinə müvafiq tənzimlənmiş iki əsrlik tarixi olan elektoral kollegiya sistemi ilə müəyyən olunur.

Bu gün prezident seçkiləri ilə yanaşı Nümayəndələr Palatasının 435, 100 yerli Senatın isə 33 yerinə namizədlər seçiləcək.

Barak Obama yenidən prezident seçildi

Prezident Barak Obama Çikaqoda qələbə nitqi söyləyir.  7 noyabr, 2012.
1/11 Prezident Barak Obama Çikaqoda qələbə nitqi söyləyir.  7 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Prezident Barak Obama xanımı Mişel Obama, qızları Malia və Saşa ilə səhnəyə çıxır. 7 noyabr, 2012.
2/11 Prezident Barak Obama xanımı Mişel Obama, qızları Malia və Saşa ilə səhnəyə çıxır. 7 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Prezident Barak Obama ailəsi ilə birgə tərəfdarlarına əl yelləyir.  7 noyabr, 2012.
3/11 Prezident Barak Obama ailəsi ilə birgə tərəfdarlarına əl yelləyir.  7 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Respubikaçı Mitt Romni təslim çıxışı etməyə hazırlaşır.  Boston, Massaçusets. 7 noyabr, 2012.
4/11 Respubikaçı Mitt Romni təslim çıxışı etməyə hazırlaşır.  Boston, Massaçusets. 7 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Respublikaçı seçici TV-də Mitt Romninin məğlub olduğunu göstərən nəticələrə reaksiya verir. 7 noyabr, 2012.
5/11 Respublikaçı seçici TV-də Mitt Romninin məğlub olduğunu göstərən nəticələrə reaksiya verir. 7 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Respublikaçı prezidentliyə namizəd Mitt Romni həyat yoldaşı Annla birgə vitse-prezidentliyə namizəd Paul Ryan və onun xanımı Ceynlə yanaşı durublar. Boston, Massaçusetts. 7 noyabr, 2012.
6/11 Respublikaçı prezidentliyə namizəd Mitt Romni həyat yoldaşı Annla birgə vitse-prezidentliyə namizəd Paul Ryan və onun xanımı Ceynlə yanaşı durublar. Boston, Massaçusetts. 7 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
ABŞ prezidenti Barak Obamanın tərəfdarları qələbəni bayram edir. Çikaqo. 6 noyabr, 2012.
7/11 ABŞ prezidenti Barak Obamanın tərəfdarları qələbəni bayram edir. Çikaqo. 6 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Arizona Demokratları Tukson şəhərində Barak Obamanın qələbəsini bayram edir. 6 noyabr, 2012.
8/11 Arizona Demokratları Tukson şəhərində Barak Obamanın qələbəsini bayram edir. 6 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Bir qadın prezident Barak Obamanın qələbəsi münasibətilə Demokratların rəngi sayılan göy rəngdə işıqlandırılmış Empire State binasının şəklini çəkir. 7 noyabr, 2012.
9/11 Bir qadın prezident Barak Obamanın qələbəsi münasibətilə Demokratların rəngi sayılan göy rəngdə işıqlandırılmış Empire State binasının şəklini çəkir. 7 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Prezident Barak Obamanın tərəfdarları televizorda müjdəli xəbərlərə reaksiya verirlər. 6 noyabr, 2012.
10/11 Prezident Barak Obamanın tərəfdarları televizorda müjdəli xəbərlərə reaksiya verirlər. 6 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Ohayo Demokratları prezident Barak Obamanın qələbəsinə sevinirlər.  6 noyabr, 2012.
11/11 Ohayo Demokratları prezident Barak Obamanın qələbəsinə sevinirlər.  6 noyabr, 2012.
Respublikaçı rəqibi Mitt ROmnini məğlub edən Demokrat prezident Barak Obama ikinci dönəm hakimiyyətə vəsiqə qazanıb.
Previous slide
Next slide
This item is part of
XS
SM
MD
LG