Accessibility links

Misirin islamçı partiyaları: Referendum təxirə salınmamalııdr


Müsəlman Qardaşları və digər islamçı partiyaların daxil olduğu koalisiya müxalifətin mübahisəli konstitusiyaya dair dekabrın 15-i referendumun təxirə salınması tələblərini rədd edib.

Müsəlman Qardaşları partiyasının yüksək səviyyəli nümayəndəsi olan Xayart Əl-Şater referendumun təxirə salınmadan və heç bir dəyişiklik edilmədən müəyyən edilmiş vaxt keçirilməli olduğunu deyib.

Misir pprezidenti Məhəmməd Mursi ölkədə üçüncü həftədir siyasi böhran davam etdiyi zaman müxalifətlə əhatəli dialoqa çağırıb.

Müxalifət liderləri prezidentin mübahisələrə səbəb olmuş fərmanı və konstitusiya layihəsi üzrə referendum ləğv edilmədiyi təqdirdə cənab Mursi ilə müzakirələrdə maraqlı olmadıqlarını bildiriblər.

Misirin silahlı qüvvələri siyasi fikir ayrılıqlarına son qoyulması üçün dialoqa dəstək verdiyini bildirib. Silahlı qüvvələrin sözçüsü dialoqun konsensus əldə edilməsi üçün yeganə və ən yaxşı yol olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG